İkinci hissə, 8
Səhifə 3 / 3 · 67%
Birdən kimsə ilan çalmış kimi atılıb ortaya düşdü. Çiyinlərini yuxarı çəkib, boynunu qısdı. Əvvəlcə sağa, sonra da sola əyilib, dabanı üstündə dingildədi. Şahnigar xanım bu ətli kişinin dabanlarını yerə vurduqca yırım-yırım yırğalandığını gördü. O çox qəribə bir hala düşmüşdü: dəli kimi əl-qol atır, həm oynayır, həm də oxuyurdu. Həm də hər misradan sonra "puffa, puffa!" - deyə ağzını tavana tutub fısıldayırdı. Yavaş-yavaş bu hal başqalarına da sirayət etdi. Şahnigar xanım gördü ki, hamı ayağa qalxdı, arvad, kişi bir-birinə qarışdı. Yalli oynayan kimi qatarlaşıb, yerlərində ləngər vurdular. Puffultu, tısıltı çoxaldı. Ağızlar köpükləndi, sinələr qalxıb-düşdü. Hər şeyi unudub, əcaib bir şeyə tamaşa edirmiş kimi yerindəcə çaşbaş qalan Şahnigar xanım ürəyində "dınqıra süzmək bu imiş", - deyə pıçıldadı. Onu gülmək tutdu. "Ay camaat, sizə nə olub, başınıza havamı gəlib?" – deyə qışqırmaq istədi. Elə bu zaman kimsə onu tərpətdi. O da ayağa durdu. Şahnigar xanım heç nə başa düşmürdü. O, pəncərə taxtalarının necə, nə zaman bağlandığını görmədi. Çıraqların işığının nə üçün öləziyib, titrəməsinin səbəbini anlamadı. O yalnız bircə şeyi, qızışıb cəzb olan müridlərin çırağın ahında fısıldayıb dingildədiklərini, iki-üç nəfərin bihuş halda yerə sərələndiyini görə bildi. Şahnigar xanım qarışıq və eybəcərləşmiş sifətlər arasında Molla Sadığın gözlərini gördü. Kişi ağzından köpük daşlana-daşlana onun ətrafında fırlanırdı.
Şahnigar xanımı dəhşət bürüdü. Yuxudan ayılan kimi oldu. O haraya düşmüşdü? Arvad xoflandı. Bəli, bu hürkü Allah xofundan da dəhşətli idi. Birdən-birə bədəninə soyuq tər gələn Şahnigar xanım qapıya yaxınlaşdı. Elə bu zaman işıqlar söndü. Şahnigar xanım otaqdakıların başı kəsilmiş toyuq kimi partapartla yerə sərilib çırpındıqların, hiss etdi. O, əlini qapının cəftəsinə uzatmaq istədikdə, kimsə qolundan yapışdı. Küncə doğru dartışdırdı. Elə bil arvadın qoynuna ilan saldılar Buz kimi soyuq bir şey belinə dolanıb, dırnaqlarının ucuna qədər yeridi saçlarının dibi üşüdü. Şahnigar xanım qolundan yapışan əlin təmasından kişiliyini duydu. Qolunu hərlədi. Otağa qulaqbatırıcı bir şaqqıltı düşdü. - Haramzada köpək oğlu, burax məni!
Şahnigar xanım çırpınıb inildədi. Elə bu vaxt güclü bir zərbədən zirəzələri qopan qapı taybatay açıldı. Divanın suvağı qopub töküldü. Heybətli bir səs qulaqlarda cingildədi.
– İşığı yandırın!!!
Lakin dillənən olmadı. Qaranlıqda çaxmaq şaqqıldadı. Dalbadal iki güllə açıldı. Barıtın yaşıla çalan ağmısov işığında ani olaraq bərələn gözlər parıldadı. İçəridəkilər süründülər. Görünür, onların çoxu qaranlığa salıb, birtəhər aradan çıxmaq istəyirdi. Ancaq qapının ağzını kəsən Cahandar ağa qızmış nərə dönmüşdü.
– Tez olun, yoxsa hamınızı güllədən keçirəcəm!!! Binamus köpək uşağı!
Kimsə eşələndi. Az sonra işıq yandı. Otağa dolmuş qaranlıq xəcalət çəkirmiş kimi sürünüb künclərə qısıldı. Solğun bənizlər, pırpızlaşmış saçlar, didilib açılmış yaxalar, qıllı saqqallar göründü, parıldayan gözlər qapıya zilləndi. Cahandar ağa baş tərəfdəki döşəkçələrin boş olduğunu gördü. Hirsindən dodağını elə dişlədi ki, fışqırıb üstünə şoralanan qandan xəbəri olmadı.
– Hanı o oğraş!!! - deyə yenidən nərildədi.
Heç kəs cavab vermədi. Evin dal tərəfindəki pəncərə açıq idi. Kilimin biri də aralanmışdı. Ev sahibindən başqa heç kəsin bilmədiyi qapının bir qanadı görünürdü.
Cahandar ağa gözü ilə hər yeri axtardıqdan sonra küncdə tir-tir əsən bacısını gördü. Onun pırpızlaşmış saçı gözünə sataşanda otaq başına hərləndi. Qamçını havaya nə zaman qaldırdığını bilmədi. Qamçı ilə bərabər Şahnigar xanım da ilan kimi qıvrılıb, yerindəcə qovruldu.
– Düş qabağıma, qancıq!!!
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
III fəsil, 2Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
Başqa şairlərin şeirləri
Sən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
QoçQoç quzudan doğan quzu qoç olur,Qoçaqlardan qoçaq olur sultanım
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva