Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.

Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.

Xaqan dostluq və qərabəti mənzur edib mane olmadı və Keyqubad şah indiki Dərbənd olan məhələ külli memar və bənna və fəhlələr göndərib, dəryanın kənarında iki tərəfli xeyli mətin və möhkəm hasarlar çəkdirdi və onun içində bir şəhər bina etdirdi.

Təmirat tamam olandan sonra sərəskər və bir memarbaşı şaha xəbər verdilər ki, haqq-taalanın övni-mərhəməti ilə təmirat hasilə gəlibdir. Haman şəhərin adını "Babül-əbvab" qoyub, şahın hökmü ilə üç min ev İrandan oraya nəql olunmuşdu və bundan əlavə şəhəri mühafizət etmək üçün üç min atlı qoşun dəxi oraya göndərilmişdi.

"Dərbəndnamə" sahibi rəvayət edir, zəmani ki, şəhər uca və zorba hasarlar və dəmir qapılar ilə möhkəmləşir və şah bilmərrə xatircəm olub, Xaqanın qızını gətirdiyi halət üzrə, yəni ona müqaribət et[mə]miş atasının üstə göndərib, öz xəyanətini və fasid niyyətini büruz edib və bu əhvaldan sonra xəzərlər ilə iranlıların arasında böyük cəngü davalar vüqua gəlib, amma nüsrət yenə Keyqubad tərəfdə olur və bir müddət İranın nüfuzu haman yerlərdə artır.
Belə ki, Keyqubad şahın oğlu Nuşirəvani-adil haman ətrafda və Dağıstanın çox yerlərində şəhər və qəryələr bina etdirir. Nuşirəvanın vəfatından sonra xəzərlər yenə külli qoşun ilə Dərbənd səmtinə hücum edib, oralara malik
olurlar və hətta İraqi-əcəmin və Azərbaycanın çox yerlərini zəbt qılırlar.

Vəqti ki, Cəzirətül-Ərəbdə dini-mübini-Məhəmmədi zühur etdi, onun nuru ətrafü əknafa dağılıb da bir ləməsi Qafqaziya dağlarını və ətəklərini münəvvər elədi və Dərbənd qalası ərəblərin yədi-təsərrüfünə keçdi. Xəzərlər ilə ərəblərin arasında dəfəat ilə böyük davalar vüqua gəlibsə də, xəzərlər həmə vaxt məğlub və münhəzəm olublar. Ən böyük davanın birisinə qırx nəfər ərəb bahadırlar Səlman ilə Rəbiətül-Xeylin sərkərdəliyi ilə özlərini qəlbi-ləşkərə vurub, xeyli cəsarət və rəşadətdən sonra özləri dəxi şərbəti-şəhadət nuş ediblər. Onların qəbri şəhərin şimal tərəfində vaqe olan məzarıstanlıqda ümumi bir hasarın içindədir. Böyük, uzun qəbirlər yan-yana düşüblər və "Qırxlar" adı ilə məşhur ziyarətgahdır.

Dərbənd hasarları bu halda dəxi hər kəsin diqqətini cəlb edəsi bir əlamətdir ki, keçmiş bənna və memarların fünuni-təmiratda nə dərəcədə mahir və qabil olmaqlarına böyük şəhadət edir. Bu hasarın cənub tərəfinə beş darvaza və şimal tərəfinə üç darvaza qoyulub və bu darvazaların bəzisinin üstünə kufə xətti ilə "la ilahə illəllah Məhəmmədün rəsulüllah" yazılıbdır. Şəhərin yuxarı tərəfində qədim və vəsi bir məscid bina olunubdur. Onun asari-qədimədən olduğuna həmin bu kifayət edir ki, onun təmiri 130 ildən ziyadədir. Onu Əbumüslüm bina etdiribdir. Demək olar ki, Qafqaz məmləkətində onun misli yoxdur. Sonralardan Şah Abbas Səfəviyi-mərhum əsrində onun əmri ilə yeddi yerdə məhəllə məscidi bina olunubdur və neçə yerlərdə mütəəddid çeşmələr gətirdib və yeddi ab-anbar bina etdiribdir. Məzkur binalar bu halda da mövcuddur.

Rus dövləti Dərbəndi iki dəfə təsxir edibdir. Əvvəlinci dəfə 1722-ci sənədə Pyotri-kəbirin qoşunu ilə, ikinci dəfə 1796-cı sənədə İmperator Pavelin əsrində. Dərbəndin Rusiyaya mülhəq olması 1806-cı sənədə vaqe olubdur. Bu şəhərin əhalisi qədimdən islam dinində olduğuna görə, həmişə şüari-islamı müraat edib, dindarlıqda və dinpərvərlikdə şöhrət bulublar. Ramazanül-mübarək və məhərrəmülhəram aylarını kəmali-sədaqət və ehtiram ilə zöhdü ibadətdə və təziyədarlıqda keçirməyi müqəddəs vəzifələrindən hesab edirlər. Xüsusən Şühədayi-Kərbəla üçün əla mərtəbədə təziyə tutub, rövzəxanlığa və şəbihkərdanlığa artıq meylü rəğbət göstərirlər. Şəbih binası yüz ildən ziyadədir ki, Dərbənd şəhərində qoyulubdur. Hər əsrdə bu şəbih ümuratına mübaşir olan şairlər olubdur. Amma bu dəstgaha cümlədən artıq rövnəq verən şüəra üç nəfərdir: Mirzə Kərim Şüai, Mirzə Cəbrayıl Süpehri və Mirzə Məhəmmədtağı Qumri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hacıağa "Fəqir" Ordubadi

Azərbaycan şüərasının məşhurlarından birisi də mərhum Hacıağa ibn Məhəmməd "Fəqir" təxəllüsdür. Fəqirin şərhi-halı və sirəti-əhvalı Naxçıvan, Ordubad tərəfdə və İranın bəzi şəhərlərində cümlə üdəbaya məlumdur. Hacıağa təvəllüd edibdir Ordubad şəhərində təxminən hicrətin 1252-ci[1] sənəsində. Ordubad Naxçıvan nahiyəsində İrəvan quberniyasında qədim qəsəbələrdən birisi hesab olunur. Əhalisi əksəriyyən müsəlmandır; ermənisi də var, azdır və onlar ticarətlə məşğul olur. Ordubad əlan İran ilə Rusiyanın sərhəddində vaqe və Rus dövlətinə mütəəlliqdir.[1] 1836.

19259 dəq
Hacı Molla Abbas "Şölə"

Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur.Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu.

19255 dəq
Azərbaycan dövri mətbuatının qısa icmalı

Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.

19069 dəq
Ana dili

Başqa şairlərin şeirləri