Birinci pərdə
Səhifə 1 / 4
Birinci şəkil
Kərim Rəhimlinin evində böyük qonaq otağı. Açıq pəncərələrdən yeni çiçəklənmiş meyvə ağacları görünür. Uzun yemək stolunun üstündə büllur qədəhlər, çəngəl-bıçaq, boşqablar. Evin qulluqçusu Səriyyə tez-tez mətbəxə gedib-gəlir, hər dəfə də kiçik boşqablarda cürbəcür yemək şeyləri və göyərti gətirir. Kərim Rəhimli otaqda fikirli-fikirli var-gəl edərək, papirosunu tüstülədir. Divar saatı axşam saat yeddini vurur. Birdən Rəfiqə gəlir, sağ tərəfdəki qapıdan o biri otağa keçmək istəyəndə Kərim Rəhimli onu görür, sevincək, papirosunu külqabına basaraq, qızının qabağına sarı yönəlir.
Kərim
Qızım, axır ki, gəlib çıxdın!
Rəfiqə (könülsüz)
Axşamın xeyir, atacan.
Kərim
Bu nədir, rəngin-rufun niyə qaçıb?
Rəfiqə
Yorğunam, ayaq üstə dura bilmirəm.
Kərim
Azı on yol zəng elədim, səni telefona çağırmadılar.
Rəfiqə
Ağır operasiyam vardı.
Kərim
Altı saat operasiya?
Rəfiqə
Altı saat mən ölümlə əlbəyaxa vuruşdum.
Kərim
Axırı xeyirdimi barı? Yoxsa...
Pauza
Rəfiqə
Üzü bəriyədir. (Dərindən köksünü ötürür) Elə ki, mən onu qurtardım.
Kərim
Çox şükür, qızım, çox şükür... (Rəfiqəni qucaqlayıb, alnından öpür) Amma sənin cərrahlığın mənə yaman baha oturur, yaman... Hər dəfə ürəyinin bir parçasını xəstəxanada qoyub gələndə, elə bil qoca atanın ömründən bir il azalır...
Rəfiqə
Neyləyim, ata? İnsan həyatına cavabdehəm. Əməliyyat vaxtı əziyyətə dözməsəm, sonrakı peşmançılığa heç dözə bilmərəm.
Pauza
İstəyirəm, yenə xəstəxanaya qayıdam...
Kərim
Yox, yox, mənim balam. Gərək sən burda olasan.
Rəfiqə
Bəs xəstə?
Kərim
Özün dedin üzü bəriyədir. Telefonla tez-tez halını xəbər alarıq. Köməyinə ehtiyacı olsa, nə eybi var, gedərsən, baş çəkərsən...
Rəfiqə
Əlbəttə, yaxşı olardı, sənin bu şad günündə qonaqlarına mən özüm qulluq eləyəydim. Amma...
Kərim
Əlbəttə, yaxşı olardı. Axı, onların bəzisi yalnız məni yox, həm də səni görmək üçün gəlir.
Rəfiqə (təəccüblə)
Məni görmək üçün?
Kərim (az qala yalvararaq)
Qızım, canım-ciyərim, mənim də arzu-kamım var... İstəyirəm ki...
Rəfiqə (onun fikrini anlayaraq)
Sən istəyirsən ki, qonaqlar mənim barmağıma nişan üzüyü taxsınlar, eləmi? (İncik) Köhnə adamlar demişkən, həm ziyarət, həm ticarət?
Kərim (onun sərt və durğun baxışlarına dözə bilməyərək, gözlərini aşağı dikir)
Mənim arzum budur ki...
Rəfiqə
Qızın Rəfiqə xoşbəxt olsun, eləmi?
Kərim (cəsarətlənərək)
Əlbəttə, mənim balam, əlbəttə. Buna şübhən var?
Rəfiqə
Əsla!..
Kərim
Bu axşam səni heç yana buraxan deyiləm. Bir də, axı, sənsiz nə qonaqlıq?.. (Ata ilə qızın söhbətini dinləməyə başlayan Səriyyə bu sözləri eşidərkən Rəhimlinin üzünə baxır) Hə, düz demirəm?
Səriyyə
Lap düz deyirsən, Kərim dayı... Arvadlar da gələcək?
Kərim
Qızım istəsə, əlbəttə!.. (Rəfiqəyə) Elə fikir eləmə ki, bu qoca atan diqqətsizdir, bu gün səhərdən ac olduğunu da bilmir... Səriyyə, tez ol!
Rəfiqə
Ac deyiləm, yorğunam. Çox yorğunam. Bir az dincəlim. (O biri otağa keçir)
Kərim
Bu qızın dərdi məni lap vaxtsız qocaltdı.
Səriyyə
Məni demirsən!.. Qorxuram o da mənim kimi qarıyıb un çuvalına tay olsun.
Kərim
Sən heç, buğdanı yeyib cənnətdən çıxmısan. Sənə oğlan bəyəndirmək olmur.
Səriyyə
Eh, qadam onların ürəyinə!..
Kərim
Ay qız, niyə uşağı ac qoymusan? Niyə xəstəxanaya xörək aparmamısan?
Səriyyə
Aparmışdım. Özü istəmədi. Dedi iştaham küsüb... Mən də geri qaytardım. Bu günəcən mən onu heç belə qəmgin görməmişdim...
Kərim
Ağır xəstəsi varmış. Düz altı saat əlləşib. Zarafatdır?
Səriyyə
Yox, Kərim dayı. Ona həmişə ağır xəstələri tapşırırlar, amma bu gün nədənsə...
Kərim
Axı, nə olub ona?
Səriyyə
Ha qılığına girib soruşdum, demədi ki, demədi.
Kərim
Qəribədir... Bəlkə məndən gizlədir? Bəlkə xəstəni qurtara bilməyib?
Səriyyə
Yox, yox, yaxşı qurtarıb; xəstəxanada duran, duran, hamı onu tərifləyirdi... Orda bir tibb bacısı var ha, adı da dilimə yatmır, Şəmsi Qəmər bəyimdir, nədir, o, Rəfiqənin yanından çıxanda dili ağzına sığmırdı.
Kərim
Nə deyirdi o?
Səriyyə
Deyirdi ki, Topçubaşovun şagirdidi ey, ölünü qaldırıb ayaq üstə qoydu... Bir azdan Rəfiqə özü operasiya otağından çıxdı. Üzündən maskanı götürəndə matım-qutum qurudu. Sir-sifəti ölü rəngində...
Kərim
Eh, yazıq uşaq gözümün qabağında şam kimi əriyib gedir.
Telefon zəngi, Rəfiqə sürətlə gəlir. Cəld dəstəyi götürür.
Rəfiqə
Bəli, Rəhimlinin evi... Bu saat... Ata!
Kərim (Səriyyəyə)
Sən işində ol, qız... (Rəfiqəyə) Sən də get dincəl, mənim balam. Bir şey olsa xəbər verərəm. (Dəstəyi qızından alır) Bəli, mənəm. Kərim Rəhimli... Danışan kimdir? Kim?
Pauza
Xeyr, gələ bilməyəcəyəm. Bu axşam qonaqlarım var. Buyurun siz də gəlin... Nə vaxt istəsəniz... (Dəstəyi asır)
Rəfiqə
Kimdir?
Kərim
Mənim belə tanışım yoxdur... (Fikirli) Fərhad Kamalov? Bəs o məni hardan tanıyır? Görünür bizim nazirlikdən gəlib... Daha yaxşı... Siz gedin. Ay qız, Səriyyə, əlli-ayaqlı tərpən!
Rəfiqə ilə Səriyyə gedir. Kərim yenə papiros yandırır. Nə isə ürəyinə dammış kimi, tutqun halda, ağır və könülsüz addımlarla bir-iki dəfə o baş-bu başa gedib dayanır. Açıq nərdtaxtaya yapışır. Zərləri atır. Qəmgin-qəmgin başını bulayır, deyəsən bəxtinə çıxan rəqəmdən narazı qalır. Bir də atır. Bu anda ayaq səsləri eşidib, səksənmiş kimi qapıya sarı boylanır. Əmin Bəxtiyarov əlində iri bir buket, şad və məmnun görkəmlə daxil olur.
Əmin
Axşamınız xeyir, Kərim dayı! Sizi səmimi qəlbdən təbrik edirəm. Fədakar insanlara eşq olsun!
Kərim
Çox razıyam, oğul, buyur, buyur...
Əmin (saatına baxaraq)
Deyəsən mən tələsmişəm.
Kərim
Yox, yox, lap vaxtında gəlmisən, oğul... İstəyirsən bir nərd ataq, hə?
Əmin
Bacarmıram. Təəssüf... Bilirəm, siz həmişə bu nərdin icad eləyənini axtarırsınız... (Gözlərini ora-bura zilləyərək baxır) Mən daha mürəkkəb oyunları xoşlayıram. Məsələn, şahmatı...
Kərim
Elədir, elədir. Şəhərimizdə udmadığın adam qalmayıb...
Əmin (elə bil sözarası)
Bəs Rəfiqə xanım hanı?
Kərim
Ağır əməliyyatı varmış. Çox yorğun qayıdıb.
Əmin
Təəssüf, çox təəssüf. Mən bu gülləri onun üçün gətirmişdim. (Buketi pianonun üstünə qoyur) Rəfiqə xanımın istedadını hamı tərifləyir. İkicə illik təcrübədən sonra belə mahir cərrah olmaq – yalnız fitri istedadın nəticəsidir.
Pauza
Kərim
Bilmirəm, o başqa evə köçəndən sonra mən yalqızlığa dözə biləcəyəmmi?
Əmin
Böyük alman filosofu Kantın transendental fəlsəfəsinə görə insanlar arasındakı məsafənin uzunluğu məhəbbətin gücünü heç vaxt azalda bilməz. Bir də ki, bizim evlərimiz o qədər də uzaqda deyil.
Kərim (onun təmtəraqlı cümləsindən heyrətə gələrək)
Əgər o filosof belə sözlər deyibsə, əhsən ona! Eşq olsun! Ancaq məsələ burasındadır ki... (Telefon zəngi. Rəfiqə həyəcanla gəlir, lakin telefonun dəstəyini Kərim özü götürür) Bəli... Gözləyirəm, yoldaş Kamalov... Xeyr, xeyr, qətiyyən mane olmazsınız. Əksinə. Nə vaxt gəlsəniz, gözlərim üstə yeriniz var. (Dəstəyi asır)
Əmin (Rəfiqəyə təzim edərək)
Axşamınız xeyir, Rəfiqə xanım.
Rəfiqə
Salam, yoldaş Bəxtiyarov.
Əmin
Təəssüf ki, məni sadəcə olaraq Əmin yox, yoldaş Bəxtiyarov deyə çağırırsınız. Böyük alman mütəfəkkiri İmmanuil Kantın transendental fəlsəfəsinə görə insanlar arasındakı rəsmiyyət – soyuqluq əlamətidir.
Rəfiqə
Kimdir, ata?
Kərim
Yenə Kamalov. Bir neçə dəqiqəliyə məni görmək istəyir. Özü də təcili. (Rəfiqə gedir) Əmin, oğlum, sən onu tanımırsan ki?
Əmin (Rəfiqənin dalınca baxa-baxa)
Təəssüf ki, tanımıram. Necə məgər?
Kərim
Dedi ki, mühüm bir iş barəsində danışmalıyam. Bizim nazirlikdə elə bir adam var?
Əmin
Bilmirəm. Görünür təzə işçilərdəndir.
Kərim
Gəlsin, tanış olaq. Mən ki, görməmişəm... Təəccüblüdür. Nə ola bilər?
Səriyyə boşqablarda pendir, yağ, soyutma gətirib süfrəyə düzür. Kərim Rəhimli daha da tutqun və düşüncəli, o biri otağa keçir. Rəfiqə geyinib küçə qapısına doğru getmək istərkən, Əmin Bəxtiyarov onun qabağını kəsir. Səriyyə mətbəxə gedir.
Əmin
Siz gedirsiniz?
Rəfiqə
Bəli.
Əmin
Təəssüf, çox təəssüf. Məncə bu axşam siz mütləq burada olmalı, hamıdan çox sevinməli, deyib-gülməlisiniz. Heç olmasa pianonun dillərini o incə barmaqlarınızla ehtizaza gətirsəydiniz...
Rəfiqə (onun sözünü kəsərək)
Sevinib gülmək üçün elə bir səbəb görmürəm, vətəndaş Bəxtiyarov.
Əmin
Məni indi də yoldaşlıqdan vətəndaşlığa keçirtdiniz. Sevinmək üçün də, deyib gülmək üçün də səbəb var, Rəfiqə xanım. Zarafat deyil, atanıza yüksək mükafat verilmişdir: Lenin ordeni!.. Mən bu mükafatın qüdsiyyətinə qəlbən iman gətirmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-alov-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
Çölün düzündəNağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.
Çölün düzündən bülbül ötürSaata baxdım. Əqrəb beşi göstərirdi, ancaq hələ də gün doğmamışdı. Üfüqdəki qızartılar nəhəng bir yanğını xatırladırdı. Bizim gəldiyimiz torpaq yoldan burula-burula qalxan toz dumanı, düşərgəmizə sürətlə yaxınlaşırdı. Əlbəttə, maşın gəlirdi. Bərk acmışdım. “Yəqin çörək gətirirlər” deyə sevindim.Qadının xorultusundan başqa heç bir səs eşidilmirdi. Toz dumanı isə üfüq boyu uzanaraq, göy üzünü bozumtul bir pərdəyə bürüyürdü.
GünlərSəhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırdılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. (Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə bulanıq sudan fərqləndirmək üçün hamıdan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu). Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik. Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağdırıb, düşərgə əvəzinə istirahət evi açdığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?
Başqa şairlərin şeirləri
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bir məndən başqaGuya dəyişir aləm deyirlər,Təzə dövr gəlir qanla-qadayla…
Qurban mən olumGözəllər yola çıxandaYoluna qurban mən olum.