Cavanşirin sarayı

Elçin

Ox, ata, ata... Sən nə qədər səbirlisən, sevgilim uzaqdadır. Gözlərini yola dikib hər səhər, hər axşam məni gözləyir. Mən də səni gözləyirəm, ata.

Söhrab daxil olur.

Söhrab

Şad xəbər var... Elçin, şad xəbər...

Elçin

Bu nədir? Şeypur səslərindən sevinc yağır? Bəlkə gələn atamdır?

Söhrab

Doğrudur, bu adət bizə babalardan yadigar qalmışdır. Atam vəzir olarkən də həmişə böyük sərkərdəmizi şeypur səsləri ilə qarşılardı. Eşidirsənmi, Elçin, şeypurun səsindəki o inilti nidaları böyük sərkərdəmiz Cavanşirin yaralandığına işarədir. (Zibeydə xatun və saray xanımları gəlirlər) İndi yaralı cəngavərlərdən biri gəlib əvvəlcə anan Zibeydə xatuna xəbər verəcək. Aha, bu gələn qasid Ağvanın şairi Qılıncdır.

Qılınc daxil olur.

Ey cəngavər şair, gətirdiyin şad xəbərləri əvvəlcə sərkərdəmizin istəkli oğlu Elçinə söylə...

Qılınc

Xoş gördük, Elçin... Mənim sərkərdəm, sənin atan Cavanşir xəzər xaqanı ilə özü qarşılaşdı. Qarı düşmən qara dırnaqlı atını böyük hökmdarımın üstünə səyirdərək əyri qılıncını onun başına endirdi.

Zibeydə

Söylə, oğlum, söylə Cavanşir hanı?

Qılınc

Xəzər xaqanı ilə o özü qarşılaşdı, Ağvan torpağının vuran əli, hünər, rəşadət timsalı Cavanşir birdən köhlən atını onun üzərinə şığıdaraq qara kəlləsini bədənindən ayırdı.

Söhrab

Afərin, afərin...

Zibeydə

Mənim igid balalarım, siz necə mərdliklə vuruşmusunuz...

Qılınc

Qan məni aparır, dostlar, əgər mən ölsəm:

İstərəm hər tərəf ilk bahar olsun.
Hər kəs öz yarına düz ilqar olsun.
İnsan bu dünyaya gəldi-gedərdir
Təki sevdiyimiz vətən var olsun.

Zibeydə

Cəngavər şairin yarasını bağlayın. Tez... (Urra)

Qılıncı aparırlar, saray adamları Cavanşiri qarşılamağa gedirlər.

Aydəmir

Hanı hökmdar, söylə, hanı, yoxsa...

Xidmətçi

Gələn böyük sərkərdəmiz Cavanşir özüdür...

Hamı

Eşq olsun, eşq olsun...

Cavanşir daxil olur.

Cavanşir

Oğlum, Elçin... Həsrətindən anan göz yaş axıdırdı. Mən isə qocalırdım, oğlum. İndi qollarımın qüvvəsi birə yüz oldu. Daha mənim yaram ağrımır. Xəzər qılıncı ilə sinəmə vurulan yaradan mənə ölüm yoxdur. Yox, mən Ağvan üçün yaşayacağam...

Hamı

Eşq olsun... Eşq olsun...

Cavanşir

Söylə, Elçin... Söylə, qollarıma qüvvə, gözlərimə işıq verən mehriban oğlum. Sən qərib ölkələrdən atana nə gətirdin?

Elçin

Elini, obasını sevən saf bir oğul ürəyi sənə bəs deyilmi, ata...

Cavanşir

Afərin, mənim tərlan balam, urra. Siz də eşidin, mənim əziz övladlarım, Elçin Suriyadan qayıtdı. Qərib ölkənin iqlimi onun vəfalı ürəyinin hərarətini azaltmadı. Urra... Urra... Sizlərdən çoxunuzu da Suriyaya, Çinə, Bizansa göndərəcəyəm. Arzum budur oxuyun, öyrənin, qoy dünyanın bütün elmləri Ağvan torpağını öz nuru ilə işıqlandırsın. Qoy Ağvan yolları dünyanın hər tərəfinə uzansın. Amma ürəklərimiz həmişə Ağvanın sönməz eşqi ilə döyünsün. Urra... Urra... Obalarınıza qayıtmadan əvvəl on gün mənə qonaqsınız. Urra.. Urra... Sən də hazırlıq gör, Söhrab xəzərilərlə vuruşmuş igidlərimin hamısına özüm mükafat verəcəyəm.

Zibeydə

Gedək, Cavanşir, yaran səni incidir.

Cavanşir

Gedin dincəlin, övladlarım... Yuxu yorulmuş cəngavərin dostudur. Ağvan cəngavərlərinin qədrini bilin. Mən ona ürəyimi də versəm, yenə azdır. Urra... Urra...

Cavanşir, Elçin, Zibeydə gedirlər. Söhrabla Aybəniz irəli gəlir, onların dalınca baxırlar.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dost

I**Boş qalmış kəndlərdə bir dəstə alman piyadasına kəndlilərdən Mariya Karpovna adlı bir qadın bələdçilik edirdi. Onun qırış-qırış olmuş üz-gözü qan-tərə batmışdı. Ayaqlarını güclə atırdı. Görünür çox uzun yol gəlmişdi. O, arıq, uzun, soyuq baxışlı, həmişə dartınaraq yeriyən, yalnız tökdənbir çox könülsüz bir tərzdə gülümsəyən alman zabiti ilə yanaşı gəlir, onun suallarına tez-tez, elə bil tələsə-tələsə cavab verirdi.

194213 dəq
Qara gözlər

I**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.

194550 dəq
Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

19599 dəq
Şeytanın barmağı

Təmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

19594 dəq

Başqa şairlərin şeirləri