Ağ şəhərli qaralar
Nə yaxşı iş tapdı ona yad ölkə,Bir qitə şəninə deyilmi ayıb? –Doğma vətənində ona süpürgə,Ya da süpürməyə yer tapılmayıb?
Yaxşı ki, Parisdə çoxdur küçələr,Onun qədəminə gəl-gəl deyibdir.
O, dilsiz oxuyub, dilsiz gecələrOnun nəğməsinə gözəl deyibdir.
Səhər birincidir, axşam sonuncu, –Yeriyər hamıyla daban-dabana.Dönüb bir adama baxmaz gözucu,Elə adamlar da baxmazlar ona.
Küçədən küçəyə keçidi pünhan,Elə bil bu böyük şəhərdə təkdi,Ayağı altına qızıl da atsanFikirli-fikirli süpürəcəkdi.
O, baxmır heç şeyə, duyur hər şeyi,Yeriyən bir quru ağacdır, nədir?Onun ayaqları – fikri, ürəyi...Onun gözləri də əllərindədir.
Yanır nur içində Paris axşamı,Onun ürəyinə nur düşə bilmir.O da küçələrin qara reklamı,İşıqlar rəngini dəyişə bilmir.
Yazım bu qürbətdə hara dərdimi,Keçdi yollarımız Arldan, Nimdən.Bu ağ şəhərlərin qara dərdiniÇıxara bilmədim öz ürəyimdən.
Hər yerdə harınlar kef atındadı,Dərdlini yedəkdə dərd sürüyürdü.Harda qara gördüm yük altındadı,Harda qara gördüm yer süpürürdü.
Paris – Arl, yanvar, 1970
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-ag-seherli-qaralar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Zərif ayaqların nə qədər incə,Gözəl əndamını onlar xəfifcə
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
DeyənəMən, yurddaşımdır deyirəm,Yurduma anam deyənə.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.