Çırpısı tətikdə, odunu dəmdə,Səhərin gözündən od alıb ocaq,Yanır aram-aram, onu sinəmdəSonra kim söndürüb, kim yandıracaq?Ömrün şənliyində, ömrün yasındaBura od dalınca gələcəyəmmi?Yoxsa xatirələr işartısındaOğulsuz-övladsız ocaqlar kimiSönüb gedəcəyəm: bu daş, bu torpaqBircə ləpirimi yaşatmayacaq.

Ocaq çırtıldayır, közü dərində...Axıdır gözünün yaşını çırpı.Alovlar hay salıb öz dillərindəÖzünü o daşa, bu daşa çırpır.

Atam doluxsunub, baxıram ona,Kişi uşaq olub səksən yaşında.Bu nə ayrılıqdır, ata yurdunaƏlvida deyirəm ocaq başında!

Ocaq tüstülənir, kövrəlir atam:«Anan o dünyada darıxır, bala,Ancaq ki, kişinin qəbri od tutar –Gedə, od-ocağı tüstüsüz qala.

Babandan qalıbdır bu ocaq bizə,Bir ocaq sönəndə bir tifaq itir.Bir ocaq söngüsü qeyrətimizəBir düşmən nəslinin qəhqəhəsidir.

Apar bu ocağı evində yandır,O gözdən qor alır, gözdən odlanır.Kişi yer üzündə od qoruyandır,Kişi ona görə kişi adlanır».

Gözünün yaşını qurudur səsi,O, Zərdüşt babaya səcdəmi qılır:Baxıram gözündə ocağın əksi,Baxıram gözündə alov qıvrılır...

Burda neçə nəsil baş əyib oda,Nənələr əl basıb ocaq daşına,Burda dəyməyiblər ilanlara daPənah gətirəndə ocaq başına.

Bu gün kənd yolları tüstülü, odlu,Təpələr fikirli adam kimiydi.Mürgülü zəmilər gözləri dolu,Dindirsən – kövrələn atam kimiydi.

Yaşıl kənd üstünə boz pərdə salır –Aranır, daranır tüstü telləri.Əlvida, atamın tüstü dəsmalı,Əlvida, atamın tüstü əlləri!

İyul – avqust, 1969

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri