Çoban çörəyi, çoban ürəyi
Qışlaqda yazılmış şer
Bir qadın ki, dağ mehini düzüb saçına,Şimşəkləri oxlov kimi çəkib sacına,Nəğməsiylə oyadıbdır dan ulduzunu,Ocaq çatıb gərnəşdirib qoyun-quzunu,Xəmrə tutub, acıyınca inək sağıbdır,Sinəsinə sazaq sağıb, külək sağıbdır,Gözlərindən qova-qova alatoranı,Haraylayıb, hədələyib xam otaranı.Ocaq üstə üzü qarsıb, saçı ütülüb,
Döşünə od,Kürəyinə ayaz sürtülüb,Bu minvalla çörək bişib,çoban çörəyi.Halaldı bu çörək!Baldı bu çörək!Bir ürək ki, dağ çayı var həyəcanında,Bir ürək ki, sağı-solu çiçəklər ola,Düzənlərin yovşan ətri axa qanında,Örüşündə həmsöhbəti küləklər ola,Gileyini suya deyə, sular apara,Yaz yaylağa, qış qışlağa vüqar apara,Bir ürək ki, ömrü boyu ömür təkəriDağa aran, arana dağ daşıyar elə,Ömrü boyu ayaq üstə yaşayar elə.Bir ürək ki, dərələrə, düzlərə açar,Ömrü boyu bulaq gözü, arx ağzı açar,Öz canında yay soyudar, qış isindirər;Çox vaxt onu özü səslər, özü dindirər.Bu çörəyi duya bilən ürəyin gərək,O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-coban-coreyi-coban-ureyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Qızımın nəğmələri, Qızım Şəlaləyə)*Salam, salam, ay çiçəklər!
Bir ilƏli Kərimin xatirəsinə*Eh, dünən incəldi qəlbimiz
Vətən mənə oğul desəBuyruqlara sığışmayan inaddım,Çox qanadlar yorub salan qanaddım.
Aldada bilirəm özümü hərdənAldada bilirəm özümü hərdən,Özümə xoş gəlir bu qəbahətim.
Başqa şairlərin şeirləri
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
هر شب از یاد خطت از جگر سوختگاندود آه است که بر دور قمر میگذرد
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.