Bəxtiyar Vahabzadəyə

Ey daşlaşan, torpaqlaşanulu babam!Bu günümdən dünənimə uzaqlaşanulu babam!Küləkləşən, dumanlaşan ruhunla sənAyağa dur, səninləyəm!Səs getməyən,əl yetməyənQədim tarix dərəsindənSəs ver mənim səsimə sən:Sənə gələn, səndən ötənnəydi belə? –Səndən ötüb qardaşına dəydi belə?Bununlamı neçə dəfə

Ata-oğul, qardaş hissi haçalandı,Bir şəhərinBeş qardaşın xanlığına parçalandı?O zamanmı bitdi bizimdilimizin«sənin», «mənim» qabarı da?O zamanmı bitdi bizimdilimizin«haralısan» damarı da?..Səninləyəm, ulu babam!Bu məsəli kimdi yazan?Hansı soysuz ata idiAtaların imzasınıÇəkib, ona möhür basan?!Adınızı dastanlardan oğrayaram,Ruhunuzu qıyma-qıyma doğrayaram,Qara Çoban,Dəli Domrul.Ey Xan Eyvaz,Giziroğlu Mustafabəy,Əgər ki, sizBu məsələ qol çəkdiniz!Sonra, sonra hansınızsaXalqa gələn bir qəzadanÖz başını yana əydi.O qəza bir topa dönübSəttarxanın tifaqınayaman dəydi,Məndən ötdü!..Məndən ötdü!..Sevincə bax, qeyrətə bax!Bunu yazan xilqətə bax!Məndən ötdü!..Qulağımdan getmir bu səs,Zərbələri qardaşına,Sirdaşına ötürən kəsElə bil ki, bax bu gecəQulağımın dibindəcəXətainin süqutunaqəh-qəh çəkdi.Sonra, sonraSəhərəcan başına yüz qədəh çəkdi.O qəh-qəhin dalğasından,O məstliyin baş fırladanHavasındanqopan daşdı –Azərbaycan torpağındaAraz boyda şırım açdı.Məndən ötdü...Bunu dedi Şəki xanı,Bunu dedi Bakı xanı,Bunu dedi İbrahim xan,Fətəli xan, Kəlbəli xan...Qəza ötsün məndən, – dedi,Ötən kimi «mən-mən» dedi:«Mən-mən» dedi bir ölkədənə qədər xan.Onlar «mən-mən» deyən yerdəSən olmadın, Azərbaycan!Səni səndən alıb beləYüz illərlə uyutdular.Səni səndə ələdilər,Səni səndə üyütdülər.Dibək oldun öz duzunla,öz daşınla.Ögey oldundoğma, əkiz qardaşınla –Məndən ötdü deyənlərin qeyrətindən,Namusunu yeyənlərin qeyrətindən!Məndən ötdü... Məndən ötdü!Ey daşlaşan, torpaqlaşan,ulu babam!Bu günümdən dünənimə uzaqlaşanulu babam!Ayağa dur!Dəfn etdiyim məsələninBaşdaşınaBir təəssüf xatirəsi yazıb, yondur:Səndən ötən mənə dəydi,Məndən ötən sənə dəydi.Səndən, məndən ötən zərbəVətən, Vətən, sənə dəydi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri