Bu necə yağışdı bürüyər yolu,Uzanar söhbəti şəhərə kimi.Bulud sıxılmamış yaş paltar olub,Damcılar axşamdan səhərə gibi.

Neçə məhəbbətə anadır gecə,Gecə sirr yığını, soraq yığını.Sevənlər könlünü açar gizlicə—Kim görüp qönçənin açıldığını!

Yelin qanadında duman, çən gələr,Dolar qayaların kaha beyninə.Oğlanlar hardansa görüşdən gələr,Qızlar gecələri giyər əyninə.

Hardasa bir bayquş ölər acındanQalar qaranlığın alt qatlarında.Bir quş havalanar qoz ağacındanOyadar səhəri qanadlarında.

Zəhmətdən tarlalar batar-barınar,Cığırlar-evlərə çatan xatirə.Axşamlar-kişilər qadınlarınaBir uzun, sevdalı gecə gətirər.

Yuxuda çiçəklər şirəli, nurlu,Çiçək düzdə yatar, arı pətəkdə.Hardasa bir əsgər yarıyuxulu—Qəlbi dünyamızda, əli tətikdə.

Coşar buludların inadkarlığı,Bulaqlar-dərədə-bahar çayları.Günəş yoxsulluğu, işıq darlığıSağar buludları, sıxar çayları!

Yorğun balıqçılar yol salar Kürə,Uyumış suları qayıqlıyarlar.Ağaçlar qorxulu bir yuxu görər,Yarpaqlar sübhəcən sayıqlıyarlar.

Bu uzun nəşədən kainat susur,Susur ki, dağılar bu xoş xatirə.Gəcə dəstələyər ayı, ulduzu,Günəş qızıl gözlü səhər gətirər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar