Ata şəkli
Demiryol vağzalı...Qatar ayağıArada sükuta sepelenen qar.Arxada arxasız cavanlıq çağıHardan biləsiydi öndə nələr var...
Ayrılıq...Üreyi sıxılan vaxtmışÜfüqdə bir qanı qaralan axşam...Atam yanımdaymış, baxtım oyaqmış.Baxtım oyaqmış da, mən yatırmışam.
Bu soyuq sətirlər bir şey deyirmiSəsi sonra çıxdı yağan qarın da...Bir ana düşünün yaşı iyirmi,Bir oğul, çox olsa yaşyarımında.
Bəndə görməyəni tale görürmüş,
Arxada nə olub, öndə nələr var.Buxar nəfəsiylə köğüs ötürürmüşBizi ayırmağa tələsən qatar..
Havada donurmuş sözə ehtiyaçAta kəlmələri qırıq-qırıqdır:-Gözümün işığı, gözlərini açBəlkə bu ayrılıq son ayrılıqdır.
Nədir iliyimə işləyən soyuq,-Ürəyə dammanın başa gəlməsi.Sübuta-filana ehtiyacı yox,Hazırca sübutdur “ata” kəliməsi...
Gün ötür, ay geçir, il qalaqlanır,Gəmirir ömrümü vaxt xımır-xımır..Gözümü yumarım baxdım bağlanır,Açıram, onsuz da baxdım açılmır.
Ömrümə yoldaşdır bir ata adı,Uşaq yaddaşımın qanı soyuqdur...Xatirə adına bir şey qalmadıBaxıp ağlamağa şəkli də yoxdur...
...Aradan çıxmağa çalışır zaman,Havada burgusu burular qarın...Can candan ayrılır...Bu ayrılıqdanTüstüsü başından çıxır qatarın...
Əlində Yusifin kəsik kəndiriNəsə düşünürdü vaxt əsə-əsə:Geri dönəcəkdi yolların biri,Biri gedəcəkdi gedərgəlməzə.
Baxıb görməyənin xoş o halınaÇəkilməz dərdləri çəkirdi qatar:Gün çoxdan enmişdi dağlar dalınaAy sevinirdi ki, göydə bulut var.
O qatar gedirdi dərt çəkə- çəkəYatan körpənin də yxusu qardı..Açsaydı kor olmuş gözünü, bəlkəİçində bir ata şəkli qalardı...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-ata-sekli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyüdük, illəri yerinə qoyduqMən özüm uduzdum mərcimə elə.
Gələcək...Yollarda yorulan arxada qalarAmma inadından dönməz yoxuşlar.
Məni unutmazsan o dünyada da...Bacım Gülyazın əzizi xatirəsinə*Yuvası saxlayar quşu budaqda
Yetmiş il yaşadın axırı da bu...Bu yaşda fikrinə yağan nə qardı,Gənclik çağlarından ələnir həm də.
Başqa şairlərin şeirləri
چو صبح شد به فلک بار می شود شبنم
Məxluqdan xaliqəBilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,