Böyüdük, illəri yerinə qoyduqMən özüm uduzdum mərcimə elə.O yazı anladıq, bu güzü duyduq,Sen mənə bu qışı tərcümə elə.

Adəmin sürdüyü köçdən gəlmişəm.Atalar üç deyib, üçdən gəlmişəm.Mən elə ilahi bürcdən gəlmişəm, -Dönərəm ilahi bürcümə elə.

Ölərəm, yüz arzu-kam yandırarsan.Yarımçıq ömrümü tam yandırarsan.Həftədə bir kərə şam yandırarsan,-Qayıdıb gələrəm hər cümə elə.

Ay Məmməd, fələknən mərc eləmişdik,Dərd satıb, qəm alıb xərc eləmişdik.Gələndə bir ömür borc eləmişdik,-Gedərik fələyin borcuna elə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri