Gözəl bahar, gözəl bahar,Gözləyirik tez gəl bahar.Quşlar köçsün ölkəmizə,Nəğmə desin yenə bizə.Gəl, oyansın sıx meşələr,Yasəmənlər, bənövşələrGəlişinlə ətir saçsın,İydə, innab çiçək açsın.Hər mövsümün öz yeri var,Gəl sevimli, gözəl bahar,Bu düzlərdə, bu dağlarda,Yaşıl donlu yaylaqlardaYenə quşlar nəğmə desin,Həyat versin xoş nəfəsinBərəkətli torpaqlara.Mehribansan uşaqlara.Gəl Xəzərin sahilinə,Gözəl, sərin sahilinə.Yayılanda günəş düzəGəl-gəl desin dəstəmizəAğacların xoş kölgəsi,Baxçaların nəğmə səsiYayılanda dağa, daşa –Gəl səninlə gəzək qoşa.Gözəl bahar, gözəl bahar,Gözləyirik tez gəl bahar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar