Köynəyi al ipək lalə,Zərif, qəşəng, göyçək lalə.Yanağında xalın qara,Gen düzlərə, şiş dağlara,Yamaclara yaraşıqsan;İlk bahara çox aşıqsan.Əlvan geysin çöllər, açıl!Çox sevirəm üzünü mən;Sevimlisən, çünki qızılBayrağımın rəngindəsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar