Deyirlər ki, bizim bu sarı bülbül,Güllü bağçalara vermişdir könül.Xeyli vəfalıdır doğma torpağa,Uçaraq getməyir əsla uzağa.Yaxşı tanış olaq gəlin həyatla,Qartalın payıdır vüsətli uçuş.Sürəti olmayan zəif qanadlaHaraya uçacaq balaca bir quş?Coşqun ümmanları keçə bilərmi?Qarlı dağlar aşıb köçə bilərmi?Hər şey öz yerində tapar qiyməti,Bildirək aləmə bu həqiqəti:Dəyanət, etibar, vəfa, məhəbbətOlmuş bu dünyada insana qismət.Bülbülə gəlincə xoş səsi vardır,Gözəl xallar vuran şən nəğməkardır.Oxusun fərəhlə gül bağımızda.Onun da yeri var torpağımızda...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq