Yamyaşıldır köynəyim,Balacadır çiçəyim.Ləklərimə keçirlər,Məni tez-tez biçirlər.Yenə də boy atıram,Məqsədimə çatıram.Aşiqdir insan mənə,Ətirli reyhan mənəAd qoyublar qədimdən.Çoxlu sevilirəm mən.Əldən-ələ gəzərəm,Süfrələri bəzərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri