Oğlum İldirim üçün

Su üstündə duran quzu,A boynunu buran quzu.Gəl, mənimlə gəzə-gəzəÇıxaq bizim yaşıl düzə.Gəl dolanaq göy çəməni,Çox sevirəm quzum səni.Qoruyaram özüm kimi,Bir cüt əziz gözüm kimi.Gəl tükləri məxmər quzum,A mənim südəmər quzum!Düşmənimiz canavardanQorxma quzum, heç bir zaman.Bir ovçudur mənim atam;Ova çıxar səhər-axşam,Tələ qurar, tülkü tutar,Görünərsə boz canavarNişan alar atar onu,Məntəqəyə satar onu.Atam yaxşı nişan vurur,Çaqqal vurur, dovşan vurur.Gəl mənimlə gəzək qoşa,Hər yan otdur başdan-başa.Gəl dolanaq göy çəməni,Otararam özüm səni.Gəl tükləri məxmər quzum,A mənim südəmər quzum!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri