İkinci nəğmə

Sinəndən taqhataq keçəndə qazalaq,Yel əsib qalxanda göylərə tozanaq,Dad çəkib babalar xəzrinin əlindən,Bu sözlər qoparmış yanıqlı dilindən:Kəsilmək bilməyən küləklər şəhəri.

Azadlıq yolunda vuruşdun mərdana,Sənə bel bağladı mərd ata, mərd ana.Qorxmayıb yolunda bir qaşıq qanından,Atalar keçəndə səninçün canından –Dedilər adına diləklər şəhəri.

Boranlar, tufanlar keçsə də başından,Əyilmək bilmədin sən əsla yaşından.Dayandın hər zaman qayadan çox mətin,Qəhrəman şəhərtək çoxaldı şöhrətin,Dedilər: ey Bakı, dözümlü şəhərsən!

İndisə nəvələr firavan-firavanNəğmələr oxuyur fərəhlə ucadan.Söyləyir: can Bakı, ey əziz, mehriban,Şəhərlər içində üzümlü şəhərsən.

Çox diyar gəzmişəm, çox şəhər görmüşəm,Mən ancaq, könlümü tək sənə vermişəm.Adına şeirdən çələng də hörmüşəm,Ey təmiz arzular, əməllər şəhəri!

Tapılmaz heç tayın dünyada bəlkə də,Yarışda şəhərlər qoyarsan kölgədə.Səndəki sənəmlər yoxdu bir ölkədəAd verim qoy sənə: gözəllər şəhəri,Möhtəşəm arzular, əməllər şəhəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri