Qarğa və göyərçin
Bir səhər nə gördüm: qonub budağaQarğa qarıldayır, səs salır bağa.Deyir göyərçinə: “Seyr et bülbülü!Qızıldan qəfəsdə vəsf edir gülü.O, nə su axtarır, nə dən axtarır,Nə sığınmaq üçün vətən axtarır.Nə uşaqlar sökür aşiyanını,Nə ovçu axıdır qızıl qanını.Ona insan oğlu şirin qənd verir,Mehriban-mehriban hər gün dindirir.Gəl uçub, evlərdə girək qəfəsə.Biz də bülbül kimi verək səs-səsə”.Göyərçin səslənib dedi qarğaya:“Əqlin, fərasətin getmişdir zaya,Qeyd ilə yaşamaq bir quru səsdir,Qızıldan olsa da qəfəs qəfəsdir!Get sən onda yaşa həyatın boyu,Çalada tapdığım bulanıq suyuDəyişib vermərəm şəkərə, qəndə;Azad yaranmışam yaşıl çəməndə,Qəfəslər küncündə nəfəs almaram,Mən öz həyatımı qeydə salmaram”.Uçub geniş göydə qanad çalınca,Baxdı ala qarğa onun dalınca.Dedi: “Get, hərcayi ömür sür, yaşa,Sən öz xeyirini düşməzsən başa”.Lakin qəfəsdəki o sarı bülbül,Ətirli qönçənin dildarı bülbül,Baxdı göyərçinə, lacivərd göyə,“Əzizim, nə qədər xoşbəxtsən!” deyə.Azadlıq həsrəti bağrını dəldi,Doğrandı, ney kimi nəvayə gəldi.Təbriz, 1944
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-qarga-ve-goyercin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdırNə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır,Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Ay ağalar, bir nigarın odunaAy ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.