Dedim: gəl çıxmayaq uca dağlara,Dedi: qorxma-qorxma, duman ha deyil!Dedim: kirpiklərin tökdü qanımı,Dedi ki, qaşlarım kaman ha deyil!

Dedim: gül dərmişəm eşqin bağından,Dedi: keçməmisən Sənan dağından,Dedim: şamamanı dərrəm tağından,Dedi ki, nə olub, talan ha deyil!

Dedim: doymamışam şəhdü-şəkərdən,Dedi: var xəbərim bu son xəbərdən.Dedim: işıqlıdır könlün səhərdən,Dedi: başqa sayıq olan ha deyil...

Dedim: sevdamızı el, mahal bilir.Dedi: kim bu eşqi qeylü-qal bilir?Dedim: dodağını Rahim bal bilir,Dedi ki, doğrudur, yalan ha deyil...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq