Bizim yerdə bu adətdir əzəldən,Hörmət olar sənətkara, sevgilim,Mən dönmərəm sənin kimi gözəldənQaşlar qara, gözlər qara, sevgilim.

Siyah tellər gərdənində görünür,Könlüm kimi həsrətinlə sürünür.Can sarayı nəşələrə bürünürSən çıxanda çəmənzara, sevgilim.

Şümşad baxar, həsrət çəkər əlinə,Əttar aşiq mixəyinə, hilinə;Qənd heyrandır şirin-şəkər dilinə,Dağ çəkirsən dağda qara, sevgilim.

Qulac-qulac hörüklərin ilandır.İncimirəm, sal boynuma dolandır,Biz gedirik, qoca dünya qalandır,Rahim qurban nazlı yara, sevgilim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq