Dedim – dedi
Dedim: nə var, lalə, belə yanırsan?Dedi: al qırmızı alma yanaqdır.Dedim: nə şirinsən bəxtəvər şəkər,Dedi: məndən şirin dildir, dodaqdır.
Dedim: yara, sanma qəmdən bezərəm,Dedi: əhli haləm, yaxşı sezərəm.Dedim: hər zülmünə özüm dözərəmDedi: nə sözün var, bu da sınaqdır.
Dedim: çoxdan könül sorağındadır,Dedi: pərvanə şam fərağındadır.Dedim: nə var, Rahim otağındadır,Dedi: nə işin var, əziz qonaqdır...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-dedim-dedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə qonub şax budağaNə sızlarsan belə, bülbül?
DağlarBilir yaşıl çəmən, çiskinli dərəMən çoxdan aşiqəm gözəlliklərə.
NubarMən bir quşam, ötən şirin dilim var,Hicran nədir? Yanımda sevgilim var,
Bir gündə, bir saatdaOğlan qıza söylədi: “Tanışıq biz, üç ay var.Bu xam torpaqlarda da yaşayırıq bəxtiyar.
Başqa şairlərin şeirləri
Dur, ey mürği-səhər, billah, ağaz et,Sərağazın odunu cangüdaz et.
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi