Ay gözəl, nə var beləBaxmırsan biz tərəfə?Nədir bu rəftar belə,Rast gələndə hər dəfəYan durursan, nə üçün?Məni odsuz, ocaqsız,Yandırırsan nə üçün?Adına güldən ağır,Axı nə söz demişəm?Nə olar ki, biləydimNə günah işləmişəm.Söylə bu halət nədir?Olmaya bilməyirsənİnsaf, adalət nədir?Gözəl şəhər bağındaGəzəndə, dodağındaGülüşlər gülə dönür:Mənim elə bu zamanFərəhim selə dönür.Əgər nə vaxt görürsənQəzəbli, qaşqabaqlıSevincin qapılarıOlur üzümə bağlı.Bunları bilə-biləDinməyirsən nə üçünMəni görəndə belə?Sən ki, başdan-ayağaÇox incə bir şeirsən.Nə olub son zamanlarBelə zülm eləyirsən?Gəl cəfanı tərk elə.Yetər, odsuz-ocaqsızMəni yandırma belə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri