Ana dili
Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.
Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:
“Persiyada camaat şaxdan nedavolnudur”, yəni istəyir desin ki, “İranda camaat şahdan narazıdır”.
Yazıq bizim dilimiz: Qafqaz ədiblərimiz “ana” əvəzinə “madər” yazırlar, tatar qəzetçilərimiz də “İranı” “Persiya” yazırlar.
Və bunların adını da qoyurlar “ana dili”. Yazıq analarımız nə “madər” eşidiblər, nə də “Persiya”. Bəli...
Cırcırama
“Molla Nəsrəddin”, 16 mart 1908, №11
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ana-dili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Əgər mənim övrətim, Ağdam qəzası Kəhrizli kəndinin sabiq mülkədarı Həmidə xanım Cavanşir öz köhnə mülklərində torpaq almaqdan və yaşamaqdan məhrum olan mülkədarlar sırasında adlanırsa,– mən prezidiumdan iltimas edirəm ki, torpaq qanunnaməsinin doqquzuncu fəslinin birinci qeydinin məzmununa müvafiq mənim övrətimi haman siyahıdan çıxarıb, onun sabiq mülkündə zəhmətkeşlər sırasında əkin əkmək üçün ona torpaq norması verəsiniz.
Həmidə! (8 fevral 1928)İrəvan*Mən indi İrəvandayam. Sabah geri qayıdıram... Bir neçə gün bundan qabaq mən teleqrafla Münəvvəri çağırdım. Onların kənddə yaşamalarının mənası yoxdur. Münəvvərin işləri düzələn kimi (çox tez düzələcək) Müzəffəri də çağırar. Az. MİK Qəmərin də Bakıya işləməyə gəlməsini məsləhət görür. Bu barədə Bakıdan müfəssəl yazaram. Tiflisdə Yusifxangilə dəydim. Hamısı salamatdır. Hələlik, salamat qal.
Möhtərəm Vahab yoldaş! (2 sentyabr 1928)Bakı*İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.
Səfərəli Qənbərli YoldaşaMəlumunuz olsun ki, mən bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm:Əvvələn – biz oraya gələn vəqt sizdən mümkün olsa bəndəni tapasınız ki, görüşək və sonra mən ora gələn vəqtədək həmin məlumatı toplayasınız ki, mən görüşəndə mühazirə eyləyəsiniz.
Başqa şairlərin şeirləri · Satira
Olma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Arzu ("Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!")Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;