Bahalıq
İstambulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər nöqtəsində bahalıq üz verdi. Nəcəfdən yazırlar ki, cücənin biri bir manatdır.
Bu bir aşkar mətləbdir ki, İstambul inqilabına Nəcəf şiələri qarışmaya bilməzdilər: anadan doğma hüriyyətsevən nəcəflilər məşrutə səsi eşidəndən Məcnun kimi divanə olub, əkin-tikinlərini, ev-eşiklərini boşlayıb, düşüblər çöllərə azadlıq axtarmağa.
Dəxi evdə kim qalacaq idi ki, toyuqlara dən səpsin və altlarına yumurta qoyub təzə cücə əmələ gətirsin!
Sən deyəcəksən – arvadlar.
Axı, qardaş, elə sözü danışma. Biçarə Nəcəf arvadları uşaqların tərbiyəsinəmi məşğul olsunlar, camaat işlərinəmi çalışsınlar, ingilis hürriyyətpərəst xanımlarınamı köməyə getsinlər, qız məktəblərimi açmağa qarışsınlar, yoxsa toyuq-cücə saxlasınlar!
Vaxtları harada idi?!
Budur ki, indi Nəcəfdə cücənin biri bir manatdır və əgər bu cür hesab eləsək, gündə bir nəfər müctəhidin plovuna azından üç dənə cücə lazımdır, – belədə gör yazıq müctəhidlərin xərci nə qədər olmalıdır! Odur ki, Tehran hökuməti bu yavıqlarda özünün onsuz da boş kisəsindən Nəcəf müctəhidlərinə on min tümən cücəplov xərci göndəribdir və hərçənd məclisi-millidə vəkillərin bəzisi bu işi xoşlamayıb, amma bir kəsdə cürət olmayıb dillənməyə.
Burada bir şeyə təəccüb edirik. Aya görək müctəhidlər kimya elmini bilirlər, ya yox? Əgər desən ki, bilmirlər, – onda bəs nə bilirlər? Halbuki, ağalar bütün ömrlərini buna sərf edirlər ki, iksir vasitəsilə bir şeyi döndərib özgə bir şey eləsinlər.
Fəsli-əvvəl dər iksir və dər on babi-şeş nöqtə göftə mişəvəd. Nöqteyi-əvvəl: iksiri-maülvərd, yəni suyu gülab eləmək; nöqteyidövvüm: iksirül-əsəl, yəni südü bal eləmək; nöqteyi-seyyüm: iksirüddöhn, flan və flan.
Allah şahiddir ki, dünyada heç elə elm və fənn yoxdur ki, müctəhidlər onda məəttəl olsunlar.
Bəs nə bir çətin şeydir, bir para dəmiri, ya misi götürüb qızıl eləmək? Əgər bir belə iş mümkünsə, dəxi insafdırmı ki, İranın indiki kasıb vaxtında hələ ondan pul da almaq?
Doğrudur, Nəcəfdə cücə bahalanıb, cücəsiz plovun da elə bir ləzzəti yoxdur. Çox əcəb, məgər qonşudan oğurlamaq olmaz?! Oğurluq da və quldurluq da bundan yaxşıdır.
– Adə, dəli olmamısan ki?.. Nələr danışırsan?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 iyun 1910, №24
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-bahaliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İskəndər ibn Yaquba cavabƏzizim, “Bakı fəhləsi” qəzetəsinin yanvarın birində çıxan nömrəsində Bakı nefti barəsində yazdığın məqaləni oxudum və xoşum da gəlmədi.
Kimə yalvarım?Xanəndələr hərdən bir oxuyarlar:Bəs, mən kimə yalvarım?
OrucluqKeçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.
TəfavütQubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.
Başqa şairlərin şeirləri · Satira
Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Oylə qorxmam "biş"dən kim, qorxuram "cədvar"dənOylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,Yardən olmam əmin, olsam da gər əğyardən;
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,