Bakı kəndlərində
Güzdək-Məktəb çocuqları 100% məktəblərə dolub, hər bir ehtiyacdan təmin olunacaqlar. Gala-Maştağa dairə maarif şöbəsində bu xüsusda lazımi tədbirlər görmək üçün qərar çıxarmaq istəmişlər.
Xırdalan-şəxsi-qərəzlik tək bircə iş başında olanlarda olmayıb, hətta camaatın bir çoxusu müxtəlif qruplara bölünmüşlər. Ancaq qrup başında duran kəndin mötəbər və aktiv işçilərindəndirlər.
“Nəslini itirən haramzadadır” demişlər.
Masazır-Quşbazlıq götürülübsə də, xoruz və it əlləşdirmək davam edir. Doğan quş acıq edib getmək istəmirsə də, kəndin qırmızı saqqal kişiləri və dul arvadları bir təhər yalvar-yaxar saxlamışlar. Bu il 14 yumru bala doğmuşdur.
Noxanı- Dünya maştabında Noxanı kəndi ağıllı-başlı kənd olmuşdur. Keçmişlərdə bir az “Dəlisov” gənclər varmışsa da, indi hamısı işi ilə məşğuldurlar. Hətta belə gənclər vardır ki, başı qumara qarışdığından gecələr də evlərinə gələ bilməyir. Duz oğruları azalmağa başlamışdır. Sahibsiz bağ evlərindən oğurlanan qapı-pəncərələr hələlik bağlarda qum altında saxlanır. Bu il qış bərk olarsa, tədricən kəndə gətiriləcəkdir. Hər tərəfdə asayiş bərpadır.
Göradil-Mədəni maarif işləri olduqca kafidir. Klubun yeddi qapısı, 30 pəncərəsi vardır. Sobalar ifrat dərəcədə yandığından klubda nəfəs çəkmək mümkün deyildir. İntizamına gəldikdə orasını soruşma.
“Milçək belə sızıldamayır”. Hər gün yeni tamaşalar görsədilir. Üzvlük paraları 100% toplanmışdır. Bu günlərdə yaxşı əsərlərdən “Kimdi riçalı” pyesi oynanılacaqdır.
Fatmayı-Sahibsiz bağların tənəklərini qırmaq üçün indidən hazırlıq aparılmaqdadır. Ağacları da kökündən çıxarıb yandırmaq söhbəti vardır.
Binəqədi-Orucluq üçün tək-tək mömin qardaşlar hazırlıq aparırlar. Bu il hər ilə nisbətən orucluq ayı çox hörmət ilə qarşılanacaqdır.
Xocahəsən – Bu kənd bu vaxta kimi kənd şurası sədri qəbul etmədiyi kimi, kənd şura sədrləri də bu kəndi qəbul etməyiblər. Qonşu kəndlərə təhkim olunan bu kənd neçə ildir ki, “Öz müstəqil” qanunu altında yaşayır.
Burada hər kəs nə bilirsə edər. Adamları dəli olmadığı kimi, ağıllı da deyildilər. Atışmanın arası kəsilib, ancaq küçə mücadilələri hər gün davam etməkdədir.
Qarabala
“Molla Nəsrəddin”, №1, yanvar 1931
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-baki-kendlerinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvəlinci dəfə mən “İrşad”ın 65-ci nömrəsini oxuyanda elə bildim ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlunun məktubu və Ağayevin bu məktuba cavabı ciddi surətdə yazılıblar, amma ikinci dəfə oxuyub gördüm ki, Nəcəf Yəhya oğlunun də məktubu zarafatnan yazılıb, Ağayevin cavabı da zarafatnan yazılıb.Hər kəs istəyir ki, bu yazıların zarafat, ya ciddi olmaqlarını başa düşsün, “İrşad”ın 65-ci nömrəsini tapsın və Nəcəf Yəhya oğlunun məktubu ilə Ağayevin cavabını bir də oxusun.
Qayırma hədislərBiz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, Allaha şükr olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin niqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”.
“Tərcüman”ın fitvasıMöhtərəm “Tərcüman” qəzeti 36-cı nömrəsində xəbər verir ki, dumanın müsəlman üzvlərindən 5 nəfər vəkil islam məzhəbini atıb, “işçilər” məzhəbini qəbul eləyiblər və iki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb, sosyal-demokrat məzhəbinə daxil olublar.“Tərcüman”ın bu sözlərini oxuyanda keçən günlər yada düşür.
OxucularımızaMəcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.
Başqa şairlərin şeirləri · Satira
Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
MüxəmməsçilərMolla dayı, işbu müxəmməsçiler,Yazmadılar şövqə gəlib şeİrlər.
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.