Torpaq
Oxucularımıza məlumdur ki, bir neçə ay bundan qabaq Şamxor tərəfindən Bitdili kəndində böyük bir möcüz üz vermişdi, belə ki, tez bir vaxtda Bitdili ziyarətgahı islam aləmində ən şöhrətli ziyarətgahlardan geri qalmırdı.
Həmin ziyarətgahın qızğın vaxtında idarəmizə çox yerlərdən kağızlar gəlirdi və bu kağızlarda bizdən sual edirdilər ki, aya, bu nədir, nə mərəkədir? Bunu yaradan kimdir və indiki əsrdə belə bir cəlallı ziyarətgahın meydana çıxmasına səbəb nə olubdur?
O məktubların birisində bizdən soruşurdular ki, kimdir burada müqəssir? Və vardımı müqəssir? Varsa kimdir? Yoxsa nə səbəbə müqəssiri axtarırlar? Filan və filan...
Biz o vaxt məktubların heç birinə cavab vermədik; verməməyimizin səbəbi budur ki, o vaxt fikirlər qarışmışdı bir-birinə, ağız deyəni qulaq eşitmirdi; heç kəs heç kəsi tanımırdı. Axırda da elə oldu ki, dəxi az qalmışdı qiyamət qiyam eləsin və İsrafil düdüyünü istəyirdi yuxarı qalxızıb çalsın.
Burada Şura hökuməti tərəfindən nümayəndələr göndərildi və oradakı əhaliyə deyildi:
– Ay Allahın mömin bəndələri! Heç görübsünüz daş yeriyə?
Axirül-əmr çamaat öz səhvini düşündü, ara sakit oldu və hər kəs getdi işinə.
İndi burada yazdığımız bu bir neçə sətir qoy hamı məktub sahiblərinə cavab olsun, ta heç kəs deməsin ki, Molla Nəsrəddin kağızlara cavab vermir və əhəmiyyətli suallara səhlənkarlıqla baxır, kağız sahiblərini intizarda buraxır.
Biz deyirik: bu işlərin hamısı torpağın xasiyyətindən əmələ gəlir. Çox filosoflar deyiblər ki, hər torpaq bir cür məhsul verər; torpaq var ki, çör-çöp göyərdir, torpaq var ki, qızıl gül göyərdir.
Şamxor məmləkətinə gəldikdə buranın torpağına gərək diqqət edək və bu torpaqdan bir az nümunə götürək və çoğrafi, tarixi laboratoriyada o torpağın təhlilinə məşğul olaq görək bizim bu analizimiz nəyi göstərir və nə nəticə verir, o vədə görəcəyiz ki, Şamxor torpağı, Xorasan torpağı və Ətəbati-aliyat torpağı və “əshabi-kəhf” torpağı – bu dörd qism torpaqlar bir mənbədəndirlər. Bu torpaqların xasiyyəti budur ki, buraları nə ək, nə sula, axırda görəcəksən ki, buradan hasil olan bitkilər ibarətdir bundan: Allah, peyğəmbər, imam, muctəhid, şeyx, İmam Cümə, təharət, izaləyi-nəcasət, şəkkiyat, nəzir, səbir, cadu, rəml, təbiri-xab, möcüz, meyit namazı, cənazəni ziyarətgahlara göndərmək, qüsl, üsuliddin, füruiddin, təvəlla, təbərra və min cürə və milyon cürə fırıldaq və müzəxrəfat, biclik, təzvir, molla, mərsiyəxan, əməleyi-mövta, hacı, kəlbayı, məşədi, ilan və qurbağa...
Şura hökuməti nahaq yerə təşvişə düşür ki, onun əsrində Şamxor mahalında Bitdili fırıldağı baş verir. Bunun illəti torpağın xasiyyətindədir. Əlbəttə, bir vaxt olar ki, tərbiyə və təlim nəticəsində cəmi bu cür zəhərli torpaqların xasiyyəti dəyişilib bizə əlverişli məhsullar verə bilər; ancaq bunun üçün mürur-dühur lazımdır, beş-on ilin müddətində əmələ gələn iş deyil.
Mürür-dühür lazımdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, iyul 1930, №24
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-torpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil
Əzizim Həmidə! (7 iyul 1914)Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.
Əzizim Məmmədəli! (11 yanvar 1915)Tiflis*Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz.
Həmidə! (30 mart 1916)Tiflis*Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada “İslamiyyə” mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir?
Başqa şairlərin şeirləri · Satira
Əvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
YaxşıdırBavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilərZahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
Sür ömrünü, çək ləzzətini can ələ düşməzSür ömrünü, çək ləzzətıni can ele düşməz,Heç bir belə gün, bir bele dovran ele düşmez.