Xırda xəbərlər
Bərdə – “Qoyunbinə” kənd şurası sədrinin fəaliyyəti sayəsində kənddə olan məktəb və gecə kursları şagird və müdavimlərlə “dopdolu”-dur. Məktəbdən və kursdan qaçan eləyən yoxdur.
Naxçıvan – Zəhmət məktəbinin halı çox gözəldir. Paltar tərəfindən təmin olunduqları kimi, qaşıq olmadığından uşaqlar şorbanı da boşqablardan içirlər.
Gəncə – “Sosializm” adına olan kooperativdə qənaəti qənaətə salmışlar. Hər cəhətdən izafə xərc birə iki artırılmışdır.
Dəliməmmədli – Buradakı traktor stansiyasında olan guşədə savadsızlar üçün kurs açılmışdır. Ancaq guşədə savad öyrənən işçilər orada qızlarla domino oynayıb həzz alan mestkom Atakişiyevin kefinə mane olduqlarından Atakişiyev guşənin qapısını bağlayıb, işçiləri bayıra salmışdır.
Qazax – 3 il bundan qabaq kəndə dəyirman tikib və kənddə elektrik işığı düzəltmək məqsədi ilə “Qıraq Kəsəmən” camaatı tərəfindən yığılıb, kənd firqə özək katibi Qəhrəman İsgəndər oğluna əmanət tapşırılmış 14 min manatdan nə dəyirman və nə işıqdan hələ də bir xəbər yoxdur. Kəndlilər yol gözləməkdədirlər.
Şuşa – Şirvan kənd məktəbinin pilləkanı olmadığından uşaqlar məktəbə daxil olmaq üçün məktəbin qapısı ilə yer arasında bir gil körpü çəkilmişdir.
“Molla Nəsrəddin”, yanvar 1931, №1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-xirda-xeberler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.
BaşmaqA Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.
ZəncirZəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.
BatdağBir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.İndi görək niyə “Füyuzat” bağlandı.
Başqa şairlərin şeirləri · Satira
Avropada zənn etmə, səyahətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Vah!.. bu imiş dərsi-üsuli-cədid?!Vah!.. bu imiş dərsi-üsuli-cədid?!Yox…x! Yo…x! oğul, məktəbi-üsyandı bu!
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,