Zəncir
Zəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.
Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.
İrəvanda bir neçə nəfər başıəmmaməli qır kimi yapışıb camaatın canına, bunların biri camaata deyir ki, “gərək səni zəncir ilə bağlayam”, biri deyir ki, “gərək başına noxda vuram”, biri deyir ki, “gəl gir boyunduruğa”, biri deyir “gəl səni cilovlayım”.
İrəvan məscidinin bir qədər mövqufatı var (mövqufat – yəni molla dükanı), indi iki ildi bu mövqufat bir nagəhan bəla kimi İrəvan camaatının canına müsəllət olub.
Bu axır vaxtda İrəvan camaatı məscid mövqufatını özü idarə etmək istəyir, amma mollalarımız bu mətləbin ucundan gecə rahat yata bilmirlər. Görürsən ki, bir gün mollaların biri əlində bir vərəq möhürlənmiş kağız bazarı dolanır və kağızı müsəlmanlara göstərir və deyir ki, “dəxi bundan sonra mövqufatın ixtiyarı verilibdir mənə, bu da müctəhidin fitvası, bu imzası, bu da möhrü”.
Sabah o biri müəmməm, o biri gün daha bir özgə molla genə məclislərdə və camaat arasında bu kimi möhürlü kağızlardan çıxardıb özünün “mütəvəlli” təyin olunduğunu iddia edir.
– Beləcə indiyə qədər “mütəvəllilik” xüsusunda iki-üç mollanın əlində, Nəcəfi-əşrəfdən gəlmiş bu kimi möhürlü kağızlar gərdiş etməkdədir.
Bu barədə bəzi şəxslər belə danışırlar:
Burada bir para adamlar bu xüsusda müctəhidini – giram haqqında şübhələnməsinlər, çünki həmd olsun, indi müctəhid çox və ətrafda da molla çox, lihaza hər kəs özü üçün kefi istədiyini yeritmək üçün və biçarə avam müsəlmanların canına müsəllət olmaq üçün fitva gətirməyə maniəlik var (amma nə bij sözlərdi).
Zəncir, kəndir, noxta, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötrü ki, heyvanın ağlı yoxdur.
Amma heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb, kəndiri, noxdanı, zənciri və boyunduruğu qırıb hərəsi dağılıb gedər bir tərəfə.
Genə gəldi təbimin dörddən biri:
Getdim gördüm minib tatı
Salıb boynuna bir çatı
Qucaqlayıb mövqufatı
Aman qaragözqaragöz.
Anaş qurbağa
“Molla Nəsrəddin”, 11 noyabr 1907, №42
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-zencir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
Başqa şairlərin şeirləri · Satira
Səs ucalaşdı, qoymayın!Millət oyaşdı, qoymayın!
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,