Başbilet tapmacası
Bax! Belə başlayaq:
İranlılara verilən başbiletlər beş qismdir:
Dərəcəyi-pəncüm – yoxsullar üçün, yarım manat.
Dərəcəyi – çəharüm – fəhlələr üçün, səkkiz manat.
Dərəcəyi-sevvüm – kəsəbələr üçün, on üç manat yarım.
Dərəcəyi-dovvüm – tacirlər üçün, 25 manat.
Bu belə.
İndi birisi gedə məsələn bir zənzanlı çörəkçisindən soruşa ki, başbiletin varmı? Deyəcək var. Soruşacaqsan ki, başbiletinə neçə vermisən? Deyəcək ki, səkkiz manat yarım. Amma başbileti alıb baxırsan ki, orada pulun qədəri yazılmayıb. Ancaq yazılıbdır:
Dərəcəyi-pəncüm. Məlum şeydir ki, başbilet idarəsində bu zənzanlının başbileti beşinci dərəcəli yarım manatlıq hesabına yazıblar. Girəm ki, başbilet sahibindən səkkiz manat yarım alıblar.
Hər kəs bu tapmacanı başa düşmək istəsə, getsin bilet podratçılarından soruşsun ki, ibarət olsunlar üç nəfər şəxsdən. Birinin adı Mir Həbibdir, ikincisinin ismi-şərifi Mirzə Əlidir və üçüncüsünün adı Mirzə Əlinin atası Əhəddir.
Bunların adresi: Ya konsulxananın başbilet idarəsindədir, ya da Dumun qabağındakı başbilet idarəsində dolanırlar. Hər kəs bu tapmacanı tapıb “Molla Nəsrəddin” idarəsinə məlum etsə, zənzanlıdan alınan səkkiz manat artıq pulundan yarım manat Əncüməni-Xeyriyyəyə çıxandan sonra qalan pulun üç manat 75 qəpeyini adları zikr olunan üç nəfər başbilet podratçılarına göndərərik. Üç manat 75 qəpeyini başbilet şöbələrinin müdir həzrətlərinə göndərərik. Hər nə qalsa, o da sənin halal malındır.
Cırcırama
“Molla Nəsrəddin”, 17 iyul 1926, №29
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-basbilet-tapmacasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?
Ovuc yazısıOvuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?
İki cür rəvayətQəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik.Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.
Məhərrəmül-həramMəhərrəmül-həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır.Haman ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb-düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm.
Başqa şairlərin şeirləri · Satira
Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
Çox təəccüb edirəm tərzi-cədidə ki, onuÇox təəccüb edirəm tərzi-cədidə ki, onuƏcnəbilər oxuduqca hünər izhar ediyor.
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,