Fəxr etməli
Bakıdan Tiflisə tərəf gedirdim. Axşam saat yeddidə vaqona minib yola düşdük. Hacıqabula yavuqlaşdıqda konduktorlar təşvişə düşməyə başladılar. Birisi vaqonun o başında durdu, birisi bu başında durdu. Birisi pəncərələri örtməyə başladı. Bir az keçəndən sonra kontrolyor gəldi. Bütün dəmir yol qulluqçuları bir yerə toplanıb, öz aralarında nə isə danışırdılar.
Pəncərələrin örtülməyinə biz müsafirlər etiraz etmək istədik. Çünki hava isti idi. Nəfəs çəkmək mümkün deyildi. Bizim bu şikayətimizin müqabilində dəmir yol baş məmuru bizə bildirdi ki, indi dəmir yol çox xətərnak və qorxulu bir torpağa varid olacaqdır. Yolun bu qorxulu hissəsi Biləcərdən başlayıb gedir çıxır Qarayazı stansiyasınadək.
Biz qabaqca elə xəyal etdik ki, bəlkə Hacıqabul yanında böyük körpülər var və pəncərələri qapanması bu körpülərin mühafizəsi nöqteyi-nəzərindəndir. Yenə bir para müsafirlər də elə, güman edirmişlər ki, bəlkə buralarda quldurların dəmir yol qatarına bir hücumu, ya başqa bir şey gözlənir.
Axırda iş açıldı. Mövsuslu mövqifində səs düşdü ki, oğrular vaqonun bacasından uzun çəngəl uzadıb, bir xanımın paltosunu çəkib aparıblar.
Kürdəmirdə səs düşdü ki, oradakılardan bir neçə nəfər müsafir adı ilə vaqona girib, bir müsafirin dolu zənbilini oğurlayıblar. Yenə bir miniyin çamodanını aparıblar.
Bu işləri görəndə, mən və yoldaşlarım ehtiyata düşdük və şeylərimizi yanımıza yığıb, üstündə oturduq və özümüzə söz verdik ki, yatmayaq.
Ucar stansiyasında gördük bir neçə papaqlı çöldən boylanıb, vaqonun içərisinə baxırlar. Mən şüşənin dalından bunlara ucadan dedim ki, heç zəhmət çəkməyin. Çünki biz şeylərimizin üstündə oturmuşuq. Şeylərimizi aparmaq istəsəniz, gərək bizi də aparasınız.
Bunlar kor-peşman bizdən uzaqlaşdılar. Yevlaxda mən düşdüm. Çünki Qarabağa gedəcək idim.
Sonra xəbərdar oldum ki, Qarayazıyadək həmin qatardan dörd yerdə şey aparıblar. Dəli Məmmədlidə, Gəncədə, Zəyəmdə və Ağstafada.
Mən bunu eşidəndə bir təhər oldum. Ancaq bilmədim ki, sevinirəmmi, ya acığım tutur, ya təəccüb edirəm? Sonra gördüm ki, bunların heç birisi deyil. Mən bu işlərə həqiqətən fəxr etməyə başladım. Buna da səbəb budur ki, hər kəs gərək bu işdə ad çıxartsın. Baxıb gördüm ki, Hacıqabuldan başlamış Ağstafayadək yerli əhali mənim millətimdəndir. Madam ki, dəmir yol qatarı bu xoşbəxt torpağa daxil olanda cəmi dəmir yol məmurları və cəmi müsafirlər təşvişə düşməyə başlayırlar ki, aya nə bir tədbir töksünlər ki, xalqın əşyası vaqondan oğurlanmasın.
Əlbəttə, bu qədər müsafiri və bu qədər məmuru təşvişə salanlar bizim üçün bir mayəyi-iftixar olmalıdır.
Allah şahiddir ki, buna mən özüm həmişə fəxr edirəm və hər bir fürsət vaxtı öz-özümə deyirəm.
Yaşasın millətimin belə qeyrətkeşləri!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 iyul 1926, №30
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-fexr-etmeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur.Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır.
CüməCümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.
Söz pəhləvanıÇəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.
Məhərrəmlik“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.
Başqa şairlərin şeirləri · Satira
Bax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
DərvişAy Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Tumanov izn alır ki, ŞirvanəTumanov izn alır ki, ŞirvanəSığnağdan çəkə dəmir yolunu;