“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.

Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.

Bu barədə çox-çox sözlər danışılıb, çox sözlər yazılıb; amma yenə həmin vəhşilik və yenə həmin dəlilik.

Lakin hər şeyin bir axırı olan kimi, bunun da gərək bir axırı ola.

Və əgər bu barədə qələm sahiblərinin, “natiq” və “fəzillərin” dəlilli və isbatlı moizələri yenə təsir bağışlamasa və yenə əgər lotu-potular küçələrə düşüb, qonşu millətləri üstümüzə güldürməkdən əl çəkməsələr, onda həmin bambılıların da qulağından yapışıb dəlixanaya salmaq lazım gələcək.

Mığmığa

“Yeni yol” 6 avqust 1923, №24

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira