Bir neçə günlüyə
Zövci-axər məsələsi
Məcmuəmizin 19-20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəba söyləyəcək.
Amma indi nə görürük?
İndi də görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşməyib deyirlər ki, “Molla Nəsrəddin şəriəti iztehza edir”.
Dəxi bu barədə heç kəs ilə bizim işimiz yoxdur, heç bir kəsə biz sözümüzü demək istəmirik.
Bizim sözümüz məhz insaf əhlinədir.
Qoy insaf sahibləri qulaq assınlar.
Biz bunu demişik ki və genə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdmənd kimi gedib övrəti təzə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bilmərrə uzaq və şəriətdən kənar bir işdir.
Şəriət sahibi oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara rəva görməzdi və belə quli-biyabani əməllərini şəriətə isnad vermək özü küfrdür.
Şəriətdən əbəda xəbəri olmayan ordubadlı kərbəlayı və məşədi qardaşlarımızdan xahiş edirik qulaq verib görsünlər ki, şəriətdə “zövci-axər” məsələsinin mənası nədir.
Şəriət buyurur ki, “üç təlaqdan sonra ər övrətini dəxi ala bilməz, illa gərək övrət gedə ərə və aradan o qədər keçə ki, kişi öz xahişi ilə övrəti boşaya, övrət yad övrət kimi ola, sonra haman övrətə əvvəlinci əri təsadüfən rast gəlsə məhz o və də haman övrəti ala bilər”.
Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər bizi təkfir edənlər, qulaq versinlər Ordubadın qırmızı saqqallıları, sarı beyinlilər.
Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmani ki, biz görürük ki, Nuxada Dərdmənd övrətini üç təlaqdan sonra verir Kor Hafizə, üç gündən sonra gedib yalvarır ki, “Sən Allah övrətimi ver özümə” zəmani ki, biz görürük Naxçıvanda Hacı Zeynal üç təalaqdan sonra övrətini verir tulambarçısına və üç gündən sonra gedib yalvarır ki, “sən Allah mənim övrətimi boşa mən alım” – biz bu biçarələri görəndə qəm və qüssə edirik ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğəmbərin şəriətindən bu dərəcədə kənara çıxıblar və nə səbəbə qardaşlarımız belə ismətsiz adətlərə mürtəkib olublar?
Biz qüssə edirik ki, nə səbəbə bizim bir para mollalarımız Allahın yolunu binəva müsəlmanlara necə ki, lazımdır göstərmirlər. Biz dərd edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, din və şəriətdən bu dərəcə kənara düşüblər?
Budur bizim sözümüz.
Qoy hər kəs nuxalı Dərdməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və məzaqlarını xoşlayır xoşlasın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm nənə əməllərini təsdiq edir etsin, qoy üç təlaqan sonra övrətlərini bir neçə günlüyə özgə kişiyə ərə verənlər versinlər, – amma biz deyirik ki, şəriət bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şəriətin əsla xəbəri yoxdur.
Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 25 iyun 1907, №23
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-bir-nece-gunluye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada.Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var.
XanımlarƏgər bir az diqqət ilə hesab eləsək, əgər statistik qanunu ilə qabağımıza şotka qoyub və əlimizə qələm götürüb yazaq, baxıb görərik ki, Qafqazda müsəlman cavanlarının hamısının tərbiyəsi rus evindən başlanır.Bir az da açıq danışaq.
Ərəb İzzət qaçmıyıbKöhnə idarə vaxtında Osmanlı türklərinin başına ən böyük bəla olanlardan biri də sultanın ən yaxın adamı olan Ərəb İzzət paşa idi.Bu zalım osmanlıların başında nə cür istərdisə oylə oynurdu. Hamı maarif əhlini zəhərli pəncələrilə sıxıb özünə qul, əsir eləmişdi.
Çırağİranda, xüsusən Tehranda bir qayda var: Bazarda hansı mətaın qiyməti dövlət tərəfindən ucuzlaşsa, bu məta satılan dükanda gündüz çırağ yandırarlar. Bir də görürsən ki, cəmi qəssab dükanlarında günün günorta çağında çırağ yanır, onda bilirsən ki, ət ucuzlaşıbdır. Ancaq nədənsə haman məta çırağ yandırılan gündən başlamış əvvəlki qiymətindən də bir qat bahalaşar, bəlkə əvvəlki bahalıq dönüb qəhətlik olur. Ondan ötrü ki, qəssab dükanında dəxi ət tapılmaz və əgər çörək ucuzlaşmış olsa çörəkçi dükanında dəxi çörək satılmaz. Bu cəhətə bizim yoldaşlardan bir nəfər bazardan keçəndə hər bir vaxt görürdü ki, bir dükanda çırağ yanır, qaçıb o çırağı püfləyib keçirdirdi və dükançıya deyirdi ki, “siz Allah, hər neçəyə satırsınız satın, razıyıq, ancaq çırağ yandırıb qəhətlik salmayın”.Gələk mətləb üstə. Bir neçə vaxt bundan irəli müsəlman ürəfa və danişməndləri Tiflis şəhərinə cəm olub, məhz Qafqaz müsəlmanlarının şan və heysiyyətini, abru və izzətini, dini-islamın şərəf və şövkətini mühafizə etmək üçün canişini – Qafqaza bir layihə pişnihad elədilər ki, Dumaya təqdim etsin və təvəqqə elədilər ki, o layihəyə əncam verilənə kimi Qafqazda şeyxülislam təyin olunmuyub dolandırıcı qoyulsun. Belə də oldu. Amma islam millətinin şan və şərafəti artmaq yerinə müsəlmanların olan-qalan abırları da millətlər içində gülünc bir hala qoyuldu. Bunun cəhətini yaxşı başa düşmüyən Tiflis müsəlmanlarının hər birindən soruşsa öyrənə bilər. Xülasə, sözüm burasında idi ki, bizim ürəfamız istədilər ki, iradeyiruhaniyyəmizdə çırağ yandırsınlar, amma indi mənim rəfiqələrimdən biri həmişə idareyi – ruhaniyyənin qabağından keçib haman çırağı görəndə qaçıb o çırağı püflüyb keçirdir və deyir: “Siz Allah, hər neçəyə əti və çörəfi satırsınız satın, amma çırağ yandırıb vilayətimizə şeyxülislam qəhətliyi salmıyın”.
Başqa şairlərin şeirləri · Satira
Kim nə deyər bizdə olan qeyrətə?!Qeyrətimiz bəlli bütün millətə!…
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –