Çırağ
İranda, xüsusən Tehranda bir qayda var: Bazarda hansı mətaın qiyməti dövlət tərəfindən ucuzlaşsa, bu məta satılan dükanda gündüz çırağ yandırarlar. Bir də görürsən ki, cəmi qəssab dükanlarında günün günorta çağında çırağ yanır, onda bilirsən ki, ət ucuzlaşıbdır. Ancaq nədənsə haman məta çırağ yandırılan gündən başlamış əvvəlki qiymətindən də bir qat bahalaşar, bəlkə əvvəlki bahalıq dönüb qəhətlik olur. Ondan ötrü ki, qəssab dükanında dəxi ət tapılmaz və əgər çörək ucuzlaşmış olsa çörəkçi dükanında dəxi çörək satılmaz. Bu cəhətə bizim yoldaşlardan bir nəfər bazardan keçəndə hər bir vaxt görürdü ki, bir dükanda çırağ yanır, qaçıb o çırağı püfləyib keçirdirdi və dükançıya deyirdi ki, “siz Allah, hər neçəyə satırsınız satın, razıyıq, ancaq çırağ yandırıb qəhətlik salmayın”.
Gələk mətləb üstə. Bir neçə vaxt bundan irəli müsəlman ürəfa və danişməndləri Tiflis şəhərinə cəm olub, məhz Qafqaz müsəlmanlarının şan və heysiyyətini, abru və izzətini, dini-islamın şərəf və şövkətini mühafizə etmək üçün canişini – Qafqaza bir layihə pişnihad elədilər ki, Dumaya təqdim etsin və təvəqqə elədilər ki, o layihəyə əncam verilənə kimi Qafqazda şeyxülislam təyin olunmuyub dolandırıcı qoyulsun. Belə də oldu. Amma islam millətinin şan və şərafəti artmaq yerinə müsəlmanların olan-qalan abırları da millətlər içində gülünc bir hala qoyuldu. Bunun cəhətini yaxşı başa düşmüyən Tiflis müsəlmanlarının hər birindən soruşsa öyrənə bilər. Xülasə, sözüm burasında idi ki, bizim ürəfamız istədilər ki, iradeyiruhaniyyəmizdə çırağ yandırsınlar, amma indi mənim rəfiqələrimdən biri həmişə idareyi – ruhaniyyənin qabağından keçib haman çırağı görəndə qaçıb o çırağı püflüyb keçirdir və deyir: “Siz Allah, hər neçəyə əti və çörəfi satırsınız satın, amma çırağ yandırıb vilayətimizə şeyxülislam qəhətliyi salmıyın”.
Cırcırama
“Molla Nəsrəddin”, 21 dekabr 1908, №51
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-cirag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.
Həmidə! (18 mart 1923)Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.
Cəlil (22 mart 1923)Hər şeyi atıb şəhərə köçməyə ürəyim gəlmir. Burada da mənim üçün dözülməz, ağır şərait yaranmışdır. Burada bir neçə idarə vardır, biri o birinin qərarını rədd edir, camaatı bir-birinin canına salırlar. Lap hərc-mərclikdir.Bütün ili kəhrizləri icarəyə götürmədim, nəticədə sökülüb dağıldılar, su kəsildi, kənddə yoluxucu xəstəliklər törədi. Kəndlilər açıqdan-açığa boyunlarına aldılar ki, kəhrizlərdən istifadə edə bilmirlər. Buna görə də nahiyə icraiyyə komitəsinin iştirakı ilə belə qərar çıxardılar ki, kəhrizliləri köhnə sahiblərinə qaytarsınlar. O biri tərəfdən də mərkəzdən bu haqda su mühəndisi Petrova gələn sərəncamda deyilirdi ki, əgər fevralın birinə kimi kəndlilər kəhrizləri təmizləməsələr, onda o, kəhrizləri inanılmış adamlara verə bilər.
Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.
Başqa şairlərin şeirləri · Satira
Çıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədirAsta-asta, ey hacı, izhar olur xəlvətdəki,Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.