Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.

Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.


Arvad dedim, bir mətləb yadıma düşdü. İndiyədək arvadlarımızın müsəlman kişilərindən bürünüb qaçmaqlarının mənfəəti bircə erməni toyçularına olurdu, çünki arvadlar toylara müsəlman toyçularını qoymurdular. İndi də müsəlman arvadlarına yəhudilər də başlıyıblar dadanmağa. Məsələn, Zabrat kəndində bir nəfər yəhudi kişisi əmələ gəlib və müsəlman arvadından on manat alıb dua yazır ki, əri onun üstünə özgə arvad almasın. Birinə dua yazır ki, oğlu olsun, birinə dua yazır ki, əri onu çox istəsin.


Cəbrayılda daşkəndli Mirzə Mehdi camaata xəbər verib k, qəzetə oxuyanların hamısı cəlili-məzhəbdir. Şuşada da Kərim əfəndi beləfərmayiş edib ki, ərşin günbatan tərəfində poladdan bir sandıq var, içində bir ilan, səkkiz yüz min başı var, on altı yüz min dili var. Hər kəs rusi şalvar geyə və qəzetə oxuya ilan ona lənət oxuyacaq.


Tiflisdə bir gürcü var, peşəsi saxsı qab alıb-satmaqdır. Orucluğa bir neçə gün qalmış bu gürcü bir həmşəridən soruşur ki, “aşna sizin lüleyin bayramına neçə gün qalır?” Həmşəri deyir ki, bizim “lüleyin bayramımız yoxdu”. Qab satan deyir: “Bəs o hansı bayramdı ki, siz “pəhriz” saxlayırsınız?” Həmşəri cavab verir ki, “o bizim ramazan ayımızdır”. Gürcü deyir: “Aha, Allah atana rəhmət eləsin, elə mən də o bayramı deyirəm, çünki sizin “pəhriz” yetişəndə müsəlmanlar dəstə-dəstə gəlib məndən lüleyin alırlar. Amma pəhriz qurtarandan sonra bir parası da gətirib lüleyini yarı qiymətə qaytarır”.

Lağlağı

“Molla Nəsrəddin”, 13 oktyabr 1908, №41

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Meşədə gördüklərim

Cənab Bekkerin səyahətnaməsiOtuz doqquzuncu nömrədən ad verdiyimiz ingilis səyyahı cənab Bekker yanvarın 3-də gəlib Şamaxıya və oradan əvvəlinci dəfə idarəmizə belə məktub göndərib:

3 dəq
“Nəşri-maarif” cəmiyyəti

Nahaq yerə “Kaspi” qəzeti “Nəşri-maarif” cəmiyyətindən giley edir ki, guya cəmiyyət heç bir iş görməyib.Biz buna təəccüb edirik ki, bir yandan “Kaspi” gilay edir, bir yandan da Dəmdəməki müxbirimiz “Nəşri-maarif” cəmiyyəti barəsində idarəmizə hədsiz tərif və təhsinlər yazıb göndərir.

1 dəq
Yuxu

Puf, kuf, fuf… A kişi, bilmirəm bu hövlnak yuxular nədir ki, mən görürəm… (tuf, tuf, tuf, Sərdar Mənsurə…). A kişi yatmışdım, neyləmişdim, onda gördüm bir haf-huf anqırtısı gəlir, hərdəm deyir mmm məgə məgə məgər məra nəmişünasi? Yerimdən qalxıb can basdım anqırtı gələn səmtə. Yetişdim gördüm gülüm nanay, nay nanay, sərdar nanay day dalay… Qərəz, hə onda gördüm ki, cəhənnəmimizin qapısında bir nəfər sərdari-şərarətmədar, şəqavətasar, səlabət və şücaətdə misli-himar saxlayıblar. Hərdəm buna deyirlər: gir yuvana heyvan… Sərkarın qeyzi tutub elə bilir ki, bunlar Pəştin kələklərindəndir, birdən o sərdari-murdar, rəisi-tüccar, sərkərdeyi-küffar, kilabi-üqar kimi bir silkinib haffıldadı: “Pəsəra, məgər məra nəmişünasi?”. Dedilər: məgər sən kimsən? Dedi ki, mən…Mən küllikar Mirzə Fətulla xanam ki, əvvəl səglər səgi-Rəşt budəm və həmin mənsəbra bəd əz-salha şəbizindədari… və raşnə mali… və rəxtxabəndazi çinin bədəst avürdə budəm nə beasani… Bəs ki, dəndanhayəmra əz-zərb la-yəzrəb didəm (uj) zərbi-fişar dadəm bəçeşmhayəm sürxi amədə … Ta səglər səgi şüdəm salha dəst zənani-bisahibra-giriftə bəxaneyiin və an əz-əyan bürdəm (cəhəti-kəfalətha, nə xəyali-digər…) şüdəm əbili-tunban (yəni əmiri-tuman) dər həmin mənsəb həm qərnha çəndən ətfali-sadə dər dəsti-badəra bəxəlvətxanəhayi-ağlayan bürdəm (bər bəstha ki, xaricə nəbinəd, nə bekari-digər). Ta şüdəm salar əbkəm (salar əfxəm). Vəli in mənsəbra ki, hala darəm kafdari-məkfur (sərdarimənsur) əz bərəkəti-batini-abi-şur ki, mahiyan cürbəcür başəd əzdövləti dühəzari-hayi-şəmşirdar müsyö Lyazanov ta inra güft fəryad kərd “Lyazanov, Lyazanov”. Onda gördüm cəllad ərzəq çeşmi-diraz dəndan, bəli, bəli, Sərdar qayıtdı: Lyazanov, o şəxslər ki, füqəradırlar, öz yeməklərinə balıq tuturlar, məbada-məbada balığın birin onlara altı şahıdan artıq hesab edəsən ha! Gədə, bu axmaq uşağına hürriyyət verildi, birdən xudanəkərdə hürriyyətin annarlar, onda sənin hənavı mənim saqqalıma, mənimkin sənin rüşvətüvi yeyənin bığlarına yaxarlar. Ondan sonra qayıtdı ki, xub ağayi inkir-minkir bərdarid inhara məravil künid. Axır on rədərsuxtə şərüfil şərüfil-üləma himariz-zakirin həzaran dəfə vəqti-iftar bədəhəni-ruzə dər məhzər divist nəfər ağayani-Rəşt ki, ümumən dər həmin cayənd əgər bavər nədarid dərra kəşudə və pürsid beqül-hüvəllah bərənchayi-sədri püxtə hazir iftar qismha xurdəənd ki, sərdar şüma dər əla dərəceyi-illiyyin ba-hurüleyn xahid şüd. Didəm əz əndəruni-cəhənnəm sədaha miayəd ki, sərdar, sərdar befərma befərma, dər-incayəm, nə tənha beşümə həmə on qismhara xurdeyim: hə, maliklər dedilər ki, bu pulları bizə niyə verirsən? Əgər verirsən, sənə biz də mənsəb verək. Biz bularsız da veririk: Fironül-mülk ya Şəddadül-əyalə ya Dəyyusülməmalik… ya əgər verirsən ki, səni xilas edək, olmaz, gir oda, gir, gədə, gir, gir! Heyvan, gir, gir, gir”. Elə onu anqırtıynan atanda onun səsinə oyandım. Odur ki, Sırtıq ola-ola adım Dəli oldu.Dəli*

2 dəq
Həmşəri

Bakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahiməğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyu” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına… Amma biz axıra kimi durduq qapının ağzında”.Bu kağıza otuz həmşəri qol çəkib.

4 dəq

Başqa şairlərin şeirləri · Satira