Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.

Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.

Hələ ki, salamat ol.

Səni istəyən Cəlil

(Məmmədquluzadə)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bakı nefti

İskəndər ibn Yaquba cavabƏzizim, “Bakı fəhləsi” qəzetəsinin yanvarın birində çıxan nömrəsində Bakı nefti barəsində yazdığın məqaləni oxudum və xoşum da gəlmədi.

2 dəq
Kimə yalvarım?

Xanəndələr hərdən bir oxuyarlar:Bəs, mən kimə yalvarım?

2 dəq
Orucluq

Keçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.

2 dəq
Təfavüt

Qubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.

2 dəq

Başqa şairlərin şeirləri