Həmidə!
Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.
Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Bu gün bankda mənə hesablama üzrə üzv olan İsmayıl bəy Hüseynbəyovu gördüm. O dedi ki, əgər sən gəlmək istəməsən, onda gərək mənim adıma vəkalətnamə göndərəsən. Sənin imzanı natoriusu əvəz edən Ağdam sülh məhkəməsinin hakimi təsdiq etməlidir. Vəkalətnamə belə bir müxtəsər məzmunda olmalıdır: mən, aşağıda imza edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə bununla ərim Cəlil Məmmədquluzadəni vəkil edirəm ki, Dövlət bankının Tiflis kontoruna və Tiflis [... ]
Əgər nə vəkalətnamə göndərdin, nə də özün gəldin, onda imzalanmış veksel və reyestr göndər, Volqa-Kama bankından [pul] almağa çalışım.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hemide
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil.*Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
OyanmadımDərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,