Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.

Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.

Mənim yazı stolumun orta qutusunda, hansı ki, bağlıdır, bir qızıl kəmər, 3 saat, bir cüt sırğa və bir üzük var. Qutunun dibində kağızların altındadır. Onları çıxart apar ver Əbdülqafara və qəbz al ki, saxlasın.

Ev-eşikdən yaxşı muğayat ol. İsmayıla gələn həftə ya pul, ya cavab göndərərəm. Şəkli gələn poçt ilə göndərərəm. Jurnal yaxşı çıxır və 31-ci nömrədən razıyam.

Manyanın poçtadan pul almağı xoşuma gəlmədi, çünki mən izn verməmişdim.

Cəlil

Pul bir qədər cəm olanda genə povestkaları göndər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mıncıq

Birisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.

3 dəq
Şeytana cavab

Ey mənim əzizim şeytan qardaş!“Molla Nəsrəddin”in 32-ci nömrəsində sənin imzan ilə bir məktub oxudum, o məktubda sən deyirsən ki, on ildi müsəlman içindən çıxıb gedib Yevropada olursan və müsəlman içində üz verən pis işlərdən sənin xəbərin yoxdur.

3 dəq
Məscidlərimiz

Bizim məscidlərə cəm olanlara diqqət eləsək, görərik ki, məscidə gələnlər ancaq fəhlə, hammal, kankan, dilənçi, dəllək, pinəçi, nalbənd, çərçi və xırda-xuruş alışverişçilər, baqqallar, kərbəlayı və məşədilər və kasıb hacılardır. Əgər əcnəbi millətin birinin yolu bizim məscidlərə düşsə, elə yəqin edər ki, müsəlman içində bir dənə də rəğbətli, dövlətli, səliqəli, təmiz və nəcib adam, bir dənə də bəy, xan, qulluqçu, oxumuş və sahibmənsəb yoxdur; yəqin edər ki, bizim müsəlman camaatı ibarətdir məhz cırıq-mırıq, ac və kasıb fəhlə-fühlədən, avam məşədi və kərbəlayılardan.Niyə xan və bəylərimiz, oxumuş və sahibmənsəblərimiz məsciddən qaçırlar?

4 dəq
“İrşad”

Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”.Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin?

3 dəq

Başqa şairlərin şeirləri