Əzizim Həmidə! (1 fevral 1912)
Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.
Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.
Veksellərin müddəti altı aydan artıq olmamalıdır. Əgər müəyyən məbləğdə başqa bir veksel də göndərsən, onun da pulunu alıb sənə öz məsarifin üçün göndərərəm.
O vaxtadək, fevralın 20-də mən kəndə gələrəm və Midhətin qanı qaralsa da, orada çox qala bilməyəcəyəm.
Bu gün İrəvana Kazımbəyova yazıram ki, çalışsın Ələkbər həbs cəzasını Şuşa, ya Ağdamda çəksin.
Jurnalın işləri bir o qədər yaxşı deyil. Digər tərəfdən məni dəyirman məsələsi və qalan su qüvvəsindən səmərəli istifadə eləmək məsələsi maraqlandırır (molotilka və dcin). Yaz üçün istəyirəm işləri İsmayıla tapşırıb, çəpərdə mədəni surətdə pambıq əkini ilə [məşğul olum]. İki həftədən sonra Şamil bəyi də özümlə oraya gətirmək istəyirəm. Mənə belə gəlir ki, o, başlı adamdır. Kultivator da gətirəcəyəm (alaq otunu və kol-kosu at gücünə təmizləmək üçün). Yusif xanın sifariş verdiyi şeyləri də gətirəcəyəm; habelə stulları və palazları.
Ələkbərin verdiyi 100 manat jurnalın borclarına getdi. Amma iş ondadır ki, daha mənim Həmidədən bir qəpik də tutub almağa ixtiyarım yoxdur. Sən, onsuz da, pulsuzsan. Mən demək olar, qət eləmişəm ki, payızdan jurnalın nəşrini dayandıram. Bu barədə sonra danışarıq. Uşaqları öpürəm. Sənə və qardaşıma salam. Fikrimdə səni bərk-bərk qucaqlayıram.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ezizim-hemide-1-fevral-1912
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur.Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır.
Məscid məsələsiBəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar.Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır.
İsa bayramlarıBəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.
Dindar firqəçi yoldaşlarŞura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?
Başqa şairlərin şeirləri
Şükür haqqa, yenə gördüm üzünü,Bağ, çəmən seyrində gəzən novcavan.
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Didilər bu əcəb insan mudur kiDidilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi