Əzizim Həmidə! (25 avqust 1923)
Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.
Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.
Yusifxan çoxdan Tiflisdədir və mənzil tapa bilmir. Dağdan qayıtdığınızı güman eləyib bu kağızı Ağdama yola salıram.
Uşaqları öpürəm. Hamıya salam.
Sənin Cəlilin
Səninlə uşaqları səbrsizliklə gözləyirəm. Salamat qal.
Uşaq bluzkası və şalvarı üçün münasib parça olsa, gətir. Özüm üçün (yay üçün) köynək tikdirdiyim ipək parçadan yaxşı imiş və hamı ona müştəri çıxdı.
Ənvərin kefi necədir, dədəsi soruşur.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ezizim-hemide-25-avqust-1923
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağdaşda Kərbəlayı NəcəfquluKərbəlayı Cəfər oğluna
Hamama– Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?– Hamama.
Qəbirdən məktubFevral ayında əcəl şərbəti içib dünyayi-fanidən dari-bəqaya rehlət edən Yatyata şəhərinin mütəvəllisi Axund Hacı Molla Cəlil ağa həmin aprelin on birində öz ruhani yoldaşlarına bu məzmunda bir məktub yazıb göndərib:– Ey mənim yoldaşlarım! Mən sizdən incimişəm və səbəbi də budur: mən dünyada sağ ikən siz gündə yüz otuz iki dəfə mənə deyirdiniz:
Molla Nəsrəddinin xəlvət cavabıBakıda “Dəmdəməki”yəAy Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın?
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır