Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922)
Əziz olan qardaşım!
Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.
Və gec-gec kağız yazmağımı kənara qoyub inanmalısınız ki, Nuxu dünyasını mən həmişə Sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey öz qaydasınca – əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm nə vəziyyətdəsiniz, nə məşğələdəsiz! Bəlkə mənim kimi Siz də bir qədər yorğunsunuz və bəlkə mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbəti birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxası deyil. Uşaqlara atalıq salamım, Sizə qardaşlıq xeyir-duam.
Sağlıqla yaşayın, qardaşınız
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-feziletli-fereculla-pisnamazzadeye-21-noyabr-1922
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu urus tayfası doğrudan, çox xamdı.Məsələn, məlumdur ki, urus məktəblərində falaqqa saxlamaq qadağandır və həmçinin uşaqları ağacnan döymək də qadağandır və hələ bundan savayı, uşuqlara çor demək də qadağandır.
YamaqÇürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq.Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər.
Dörd yüz qızOxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
İstiftaBakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.