Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.

Dedim:

– Oxu görək nə yazıb? – Və Lağlağı başladı: “Bizim oxucularımız Avropa əhalisini insaniyyət və mədəniyyətdə dərəceyi-kəmalə yetiribdirlər; amma mən deyirəm ki, Avropa əhalisi qanuni-siyasiyyəvü ilahiyyədən azad olduqlarına görə eyni vəhşətdədirlər. Hikməti-təbii bilməklə insan olmaq olmaz. Hikməti-ilahi ilə kamil olmaq insanı insan edər”.

Dedim:

– Əzizim, Lağlağı, bu sözlər çox gözəl sözlərdir; amma səbr elə görək İbrahim bəy Təbrizin qonaqlıq məclisindən nə yazır. Mən başladım haman vərəqi oxumağa:

– “Dər on məclis söhbət əz gəndüm bemiyan aməd (İbrahim bəy nağıl edir). Şəxsi güft ki, flan alim sisəd həzar xərvar gəndüm ənbar kərdəəst. Hala bilmərrə inkar mikünəd. Flan alim dəh parça qəryeyi şeşdank darəd. Maşallah flan alim xeyli sərvət bəstə, imruz qərib be həştad parça dəhkədə darəd. Əz in söhbəthayi biməni diləm təngi girift, hər çe xastəm səbr konəm, mümkün nəşüd. Axir güftəm: in cənabi ağayan çekarəənd? Güftənd: əz əcilleyi üləmayi Təbrizənd. Güftəm: onra dəryaftəm ki, əz təbəqeyi cəlileyi ürəmayənd: əmma ərzi mən dər incast ki çe var mikünənd və şüğli işan çist? Güftəm: in həştad parçə dehkədə əlbəttə hər yeki əqəllən panzdəh-bist hezar tuman qiymət xahəd daşt. Güftənd: Əlbəttə, Güftəm: bemüxtəsər hesabi ki mən ələttəxmin gərdəm se kürur çizi biştər qiyməti inhast. Nəmidanəm təhsilinin həmə sərvət əz çe məmərrəst? Xanəvadeyi cənabi ağayanra həmə midanənd. Xudşanra həm ki, pəs əz fərağət əz təhsili elm və icazə, vəqti ki, bədin şəhr təşrif avürdənd, həmə midanid ki ziyadə bər yek əbavü əsayi çizi nədaştənd. Lihaza hiç şübhə nist ki in sərvətra bəhər növ ki həst, əz millət ənduxtəənd”.

Burada Lağlağı sözümü kəsib dedi:

– Mən ölüm, Molla Nəsrəddin, hələ onu sonra oxursan, sənin İbrahim bəyin boş danışır. Qulaq as gör Əbutürab əfəndim nə gözəl sözlər deyir.

Dedim oxu və Lağlağı başladı:

– “Əgər insan dəyanəti-islamiyyəyə alim və arif ola və üluma cahil, əlbəttə, insaniyyətə zərər yetirməyəcəkdir”.

Dedim:

– Lağlağı, qulaq ver gör İbrahim bəy nə deyir: “Hala insaf fərmaid, in ağayi möhtərəm ki in həmə əmlakra dər zərfi əndək müddəti əz milləti biçarə bəvasiteyi qarət ənduxtəənd çe mişəvəd ki rübi mədaxili yeksaleyi onra baz dər rahi həmin millət sərf nümayənd, yəni məktəbi əz on vəch bərai təlim və tərbiyəti ətfali yetim və füqərayi in milləti bəxti qarə təsis konənd, yainki bimarxaneyi bərai qürəbavü füqərayi millət binagüzarənd ta mərizani biçiz də sayeyi himməti on müdava və müalicə şüdə əz ədəmi müalicə və bipərəstari dər nihayəti məzəllət və xari dər ziri divarha can nədəhənd”.

Lağlağı yenə sözümü kəsdi və qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və özü başladı oxumağa:

– Əbutürab əfəndim buyurur: “Əgər bir şəxs tamam ömrünü ülumi-riyazi və hikməti-təbii təhsilində sərf edə, müəllimi-əvvəl Aristotelis məqamını dərk elə, əlbəttə təriqi-übudiyyətə, həqqi-təalayə alim və arif olmayacaq və insaniyyət və mədəniyyət şəhrinə daxil olmayacaq, məgər-inki qanuni-siyasiyyeyi-ilahiyyə təhtinə daxil olub o qanuna müvafiq əməl edə”.

Dedim:

– Dostum, Lağlağı, indi növbət mənimdir və başladım “İbrahim bəy”i oxumağı:

“Aya şəraiti-təriqi-übudiyyət, insaniyyət və mədəniyyət inəst ki dər in şəhri büzürg ki darüssəltənəəş minamid, qürəbavü füqərayi millət dər əvəzi nan xak mixürənd; və halonki, həzərati üləmayi şüma gəndümra bəənbarhayi tarik rixtə, bəruyəş həft qefl zədə, kilidi onhara bərudxaneyi Aras əndaxtəənd və bəfüqəra müguyənd: “Qiyməti hər yek mən on çehil misqal xuni cigərəst, ba pül nəmidəhim”. Füqəra hər çe dad mizənənd ki ağayan, xun dər dilü cigəri ma nəmandə, in cism ki, mibinid, əz bərəkəti şüma xali və xüşk əz ruh və xunəst, becayi nəmirəsəd”.

Lağlağı istədi sözümü kəsə, dedim:

– Yavaş, bu saat qurtarıram. Səhifənin altında yazılmışdı:

Mürdəənd vəli zində,

Zindəənd vəli mürdə.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 may 1906, №8

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İdarədən

Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.

1 dəq
İdarədən bir neçə söz

Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.Niyə, nədir bunun səbəbi?

2 dəq
İdarədən

Məktub sahibinə ərz olsun ki, həmin şəkli bizə çəkdirən şəxs Təbriz əhli idi ki, Tiflisdə bir gecə qalıb, Bakı təriqi ilə yollandı Məşhədi-müqəddəsə. Adını soruşduqda cavab verdi ki, əsil adımın sizə lüzumu yoxdur, amma təxəllüsüm Rza Xorasanidir. Həqiqət biz özümüz şəkkə düşdük və şəkli bu surətdə qəbul eləmək istəmədik, amma müşarileyh belə cavab elədi: getdiyim ağaya and içirəm ki, bu şəkil demokrat firqəsinə toxunmur.Bununla bərabər idarəmiz əhd edir ki, bundan sonra vəkilimiz və dostlarımız tərəfindən təsdiq olunmamış mətləbləri jurnalımızda dərc etməyək.

1 dəq
Arvad məsələsi

Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əllillik müddətdə haman ingilis parlamanında azından iyirmi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır, Yevropada həll olunmayıbdır.Rusiyada arvad məsələsi. O ki qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. Bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır.

7 dəq

Başqa şairlərin şeirləri · Satira