İdarədən
Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.
Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.
Digər tərəfdən də müştərilərimiz bunu həmişə nəzərdə saxlamalıdırlar ki, biz əvvəl və axır hər bir abunə sahibi ilə nömrə hesabı ilə hesablaşacayıq, nəinki ay və il hesabı ilə, yəni açığı budur ki, jurnalımız hər necə təxirə düşsə də, axırda genə hər bir kəsə öz puluna görə jurnal vüsul olacaq, yəni on manat sahibinə 52 nüsxə, beş manat sahibinə 26 nüsxə və iki manat yarım sahibinə 13 nüsxə göndəriləcəkdir, xah jurnal öz vaxtında çıxdı, xah təxirə düşdü.
Bəhərhal, öz səy və qeyrətimizi bu barədə bir zərrə qədər də müzayiqə etməyəcəyik və etmənik də, inşallah.
İdarə tərəfindən Cəlil Məmmədquluzadə
“Molla Nəsrəddin”, 20 aprel 1917, № 10
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-idareden-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Əli Həsən! (26 noyabr 1929)Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Əli Məhzun yoldaşa!1929*Mən qabaqlarda Ruhullaya da demişdim ki, öz barəmdə bir şey yaza bilmərəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub, 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm.
Başqa şairlərin şeirləri
Guş qıl dövrün səsi, ey dil, sədayi-Surdur,Çünki dünyanın işi bir həlli yox düsturdur.
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
AyrıldıqXeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni