Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.

Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.

Sonra sən məktubunda qrammatik səhvə yol vermisən: “Bolit-böro” yox (sən yazdığın kimi), “Polit-büro”, yəni Politiçeskoe büro (ixtisar şəklində isə “Politbüro” deyilir və yazılır).

Əliş bəyə heç fikir vermə. Hərə öz işində olsun: nə bir-birinizlə çəkişin, nə də çox dostluq eləyin. Təmkinli və nəzakətli olun.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri