Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.

“Molla Nəsrəddin” idarəsi tərəfindən

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Oğlanlarınızı oxutmayın

İndi hər kəs bizim bu sərlövhəmizi görsə, xəyal edəcək ki, biz səhv edib oğlanlarınızı oxudun əvəzində, oxutmayın yazmışıq. Xeyr, biz səhvlə yazmamışıq, elə doğrusu odur ki, yazmışıq. Mən genə deyirəm: əgər oğlanlarınızı axırda evləndirmək fikrinə düşəcəksinizsə, əgər onu ev, əyal, övlad sahibi eləmək istəyəcəksinizsə, məndən sizə əmanət, məbada, oxudasınız. Siz görməmisiniz, siz bilmirsiniz, amma mənim başıma gəlib, mən görmüşəm və bilirəm, qulaq verin səbəbini deyim, oxutmayın deməyə haqqım var ya yox və görün bu oxuyanlarda heç ağıl, kamal, şüur və səliqə olur ya yox. Bəndəzadə Əhməd gimnaziyadan qurtaran kimi dedim, oğul, dəxi indi evlənmək vaxtındır, gərək səni evləndirim. Dedi, ata, hələ mən uşağam. Dedim, ay oğul, biz ata-baba görmüşük ki, adam on dörd, on beş yaşında evlənər, indi sənin on doqquz yaşın var! Dedi, ata, hələ mən uşağam, özüm də hələ gedib universitetdə oxuyacağam. Dəxi bir söz demədim, dedim get oxu, bala. Getdi Peterburqda oxudu, oradan da getdi nə bilim Parijə, hara. İndi hamısın qurtarıb gəlib, özünün də tamam iyirmi yeddi yaşı var. Çox sual-cavabdan sonra evlənməyi boynuna qoymuşam, amma deyir ki, mən gərək oxumuş qız alam. Dedim, yaxşı onu da elərəm, Kərbəlayı Qənbərin qızın alım sənin üçün. Gör mənə nə deyir, deyir ki, hansı uçkolanı tamam edib? Dedim, balam, uçkol nədi, Molla Bacıda neçə illər oxuyub, Quranı çıxıb, hər cümə axşamı mərhumə anası üçün bir yasin də oxuyur. Dedi işimə gəlməz. Dedim niyə? Dedi oxuyub kurs tamam etmiş olmasa, yəni təkmili obrazovaniyyə olmasa mən almaram. Çünki bunun xilafı olsa, nə o məni xoşbəxt edə bilər və nə mən onu.Eləcə bu sözlərə dondum qaldım. Getdim bir neçə gün fikirləşdim, soraqlaşdım, axırda tapdım. Sevinə-sevinə gəldim dedim, oğul, tapdım. Dedi kimdi? Dedim Məşədi Fərzəlinin qızı. Dedi hansı uçkoladan qurtarıb? Dedim Bakıdakı qız məktəbindən: həm rusca bilir, həm də müsəlmanca. Dedi işimə gəlməz. Dedim niyə? Dedi: Mən bu qədər zəhmət çəkmişəm, məşəqqət çəkmişəm, nə bilim gedib harda, harda nə zillətlə ülumi-aliyə təhsil eləmişəm, indi insafdır gəlib, beş kəlmə əlif zəbərə Ə və üç kəlmə də A, B deyənlən təzvic eləyim? Heç yaraşarmı? Heç müsahibəmiz tutarmı? Elə mən bunları eşidən kimi lap naümid oldum, biixtiyar durdu gözlərimdən yaş tökülməyə. Əhməd belə görcək mənə rəhmi gəldi. Dedi, ata, ağlama, ağlama, diriliyimi, rahatlığımı, istiqbalımı mülahizə etməyib sənin xahişini əmələ gətirərəm. De görüm neçə yaşı var? Dedim on beş! Elə bunu eşitcək dik qalxdı ayağa, dedi işimə gəlməz. Dedim niyə? Dedi uşaqdı, əqəllən gərək iyirmi yaşı ola.

3 dəq
Darülfünun

Dövləti darülfünunlar hər məhəldə, hər kənddə və hər beş qədəmdə vardır, əz on cümlə “Məcməül-qənacıq” darülfünunudur. Bu darülfünun ibarətdir on iki klasdan, yəni bu darülfünunda on iki millətin dilini dərs verirlər, bir türkidən savay. Bu darülfünunda ikmali-təhsil edən tələbə uşaqbazlıq ülumunda çox mahir olar.Məsələn, biri kərdənlərimizin sahibi ki, darülfünunun on iki klasın tamam edib və mükəmməl təhsildir.

1 dəq
Şükr və səna

Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.

3 dəq
Başmaq

A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.

3 dəq

Başqa şairlərin şeirləri