Əli Məhzun yoldaşa!
1929
Mən qabaqlarda Ruhullaya da demişdim ki, öz barəmdə bir şey yaza bilmərəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub, 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm.
Birinci hekayəm “Danabaş kəndi əhvalatı” adı ilə haman 1890-cı ildə yazılıbdır.
Teatr üçün əsərlərim: “Ölülər”, “Anamın kitabı” və “Danabaş kəndi müəllimi”; hekayələrim də məlum.
Bunu da məlum edirəm ki, bu günlərdə Abdulla Şaiq də gəlmişdi bizə mənim tərcümeyi-halımı alsın. Mən ona da, ancaq bu məlumatı verə bildim. Amma o dedi ki, anket surətində bir sual cədvəli yazsa, cavab verə bilərəm mən? Dedim: əlbəttə, verərəm.
İndi bilmirəm sizə bundan artıq mənim barəmdə məlumatlar lazımdırmı? Belədə bu kifayətdir.
Dostun Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-eli-mehzun-yoldasa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.
Novruz“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.
Xoş amədi“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.
Nə eləsin?Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək.M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar.
Başqa şairlərin şeirləri
Gənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
Əlvida, Bakı(Türküstana gedərkən)Əlvida, ey müşfiq ana, əlvida…
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül