Al gəldi, Mozalan qardaş, sən ac fəhlə sözü danışırsan, amma qulaq ver gör mən nə deyirəm: “Baki[nski] raboçi” qəzeti yazır ki, bir gün ağaların biri mədənlərə gedəcək imiş ki, fəhlələrə nəsihət eləsin. Xülasə, camaat cəm olur, gözləyir, gözləyir, gözləyir, gözləyir, ağa gəlmir. Axırda fəhlələr başlayırlar əsnəməyə və istəyirlər dağılalar. Birdən telefon zəng çalır:

– Hı, kimsən?

– Hə, mənəm, fəhlələrin vaiziyəm. Amma bu gün gələ bilmədim, çünki aftomobilim yoxdur, vağon ilə də gələ bilmənəm; çünki vağonda istirahət edə bilmənəm. Amma aftomobildə gələndə yanıma ağ çörək, kərə, rediska və konyak qoyuram ki, yolda zakuska eləyim.


Bəli, dağıldılar ki, sabah yığışsınlar.

Amma qorxuram inanmayasan. Sabahısı günü də ağa gəlib çıxmadı; çünki aftomobil yenə gəlməmişdi. Balaxana vağonlarına da minməli deyil, çünki orada qara camaat içində yeyib–içmək olmur; acmac doluşub, adamın ağzına baxırlar.

Al gəldi, Mozalan yoldaş, sən qara çörəkdən dəm vurursan, amma sənə deyirəm ki, mən aftomobil minəndə yanıma ağ çörək, kərə, rediska və konyak qoyuram ki, yolda zakuska eləyim.

Dəli

“Molla Nəsrəddin”, 19 noyabr 1922, №3

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Pasport

Düz iyirmi iki il bundan qabaq İran konsulxanasında məndən altı manat alıb əlimə bir qəbz itələyiblər ki, yazarıq, sənə pasport gəlsin.Hər il bir dəfə gedərəm soruşaram ki, mənim pasportum gəlib ya yox?

1 dəq
Vodka

Məlumdur ki, İranda bir şəxs istəyəndə ki, onun şəhərdə söhbəti olunsun, şərab içib keyflənib küçəyə çıxır və başlayır özünü o divara, bu divara vurmağa; və çün İranda küçədə keyflənmiş müsəlman bir qəribə şeydir, ona görə şəhərdə hamı onun söhbətini eliyir.Batumda sakin olan müsəlmanlar istəyirlər burada da İran qaydası ilə özlərini məşhur etsinlər, dəxi mülahizə eləmirlər ki, Rusiya küçələrində piyan heç kəsə təəccüb gəlməz. Neçə gün bundan əqdəm burada iranlıların əncüməni-xeyriyyəsinin mənfəətinə sirk oyunu çıxardırdılar. Biletlərin satılmağını əncümən əzası öz öhdəsinə götürmüşdülər. Biletləri çox əziyyət ilə, yalvarmaq ilə iranlılara satdılar. Bilet alanların bəzisi elə ağlıyırdı ki, adamın yazığı gəlirdi. Amma axşam oyun vaxtı övza bilmərrə dəyişilmişdi. Oyunun aralığında müsəlmanlar arağın üstünə belə tökülürdülər, guya Qarabağ əkinlərinin üstə çəyirtgə tökülür.Gündüz ağlıyıb “vallah, bir manatdan artıq pulum yoxdur” – deyən müsəlmanlar pulları ciblərindən qat-qat çıxardıb vodkasatana verirdilər.

1 dəq
Kabla Həsən

Naxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub.Biçarənin övrət-uşağı başladı ağlaşmağa.

1 dəq
Tarix

İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.

2 dəq

Başqa şairlərin şeirləri · Satira