Rəndə
Bəli, qızlarımızın da oxumağı getdi işinə.
Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar.
Bir paraları bu məsələni belə meydana qoyurdular ki, axır vaxt mahallarda dərs oxumaq bilmərrə moddan düşüb; çünki məktəb otaqlarının hər bir şeyi sazdır, ancaq divarları yoxdur.
Amma indi duanın bərəkətindən dəxi işlər özgə cürdür. İndi, deyirlər, müəllimlər mahallara dağılıb, oğlan və qızlara dərs və tərbiyə verməkdədirlər.
Vallah, billah, ay qardaş, niyə inanmırsan? And olsun yeri–göyü yaradana, and olsun bizləri torpaqdan yaradıb adama oxşadana... O ki, qız tərbiyəsini deyirsən, Azərbaycanda tək bircə kənd yoxdu ki, orada qızların oxumağı yada düşsün.
Oğlan uşağına gəldikdə Təzəpir məhləsi yadıma düşdü. Ərbəin günləri bizə bir firəng qonağı gəlmişdi. Axşam vaxtı çıxdıq müsəlman məhləsinə gəzməyə. Küçələrdə uşaq əlindən gəzmək olmurdu. Bunların biri bir damın üstünə çıxıb şeypur çalırdı.
Küçələrdə yeddi–səkkiz yaşında uşaqlar dəstələr tutub yalandan şaxsey gedirdilər. Şeypurun nərəsi uşaqları dəxi ilhama gətirib, qızışdırırdı (çoxu da keçəl idi). Küçə ilə keçməyə yol tapmadıq. Firəng qonağım dedi:
– Bağışlayınız, sizin millət hələ rəndələnməyib.
Dedim :
– Ay mənim əziz qonağım, sən rəndə deyirsən, mən hələ deyirəm ki, heç düyün – müyünü də alınmayıb; heç kobuddanmayıbdı da.
“Ərbəin” dedim, təziyə yada düşdü.
Bəlkə də elə həqiqətdə məhərrəmül–həram ayında müsəlman küçələrində qopan vəlvəleyi–səqfi–asimani görən həqiqi qəlblər həqiqi təziyə ilə dolu olmalıdır.
Kim bilir?..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 9 noyabr 1922, №2
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-rende
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.
Qurddan çoban“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.
Qəzetlərdən“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?
Üsuli-cədidBu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.
Başqa şairlərin şeirləri · Satira
Aktyor düzgün keçinsə, iddialar fok gedər,Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.