Qanı istilər
Naxçıvanda bir dəli Molla Abbas var idi. Uşaqlar başına doluşub hoydu–hoyduya götürəndə Molla Abbas camaata üzünü tutardı və belə deyərdi:
– Ay camaat, vallah mən dəli deyiləm, bu uşaqlar məni dəli eləyirlər.
İndi də bu çəyirtkə məni lap dəli eləyəcək. Qəribə burasıdır ki, yaz fəsli çəyirtkə əkinləri yeyəndə mən gördüm ki, yeyir. Mən o vədə elə xəyal eləyirdim ki, Bakıda da elə bilirlər ki, çəyirtkə əkinləri yeyir. Amma gəldim Bakıya, gördüm ki, hər kəs küçədə bir–birinə rast gəlir, gözaydınlığı verir ki, çəyirtkə təşkilatı çəyirtkəni qırdı. Hətta məlum oldu ki, neçə–neçə adamlar hökumət xəzinəsindən çox–çox ənam alıblar.
Öz–özümə fikir elədim ki, xub, bu ki bir yaxşı şeydir, get sən də min maşına, Yevlax vağzalında bir stəkan çay iç, min avtomobilə, get yavuq kəndlərin birində bir az qatıq–qaymaq ye, qayıt gəl Bakıya və adını qoy çəyirtkəni qırıb qurtaran.
Bunu oxuyandan sonra getdim çəyirtkə ümuratının baş idarəsinə və dedim ki, o çəyirtkə milyardlarından mənə də veriniz. Dedilər:
– Nə səbəbə?
Dedim:
– O səbəbə ki, mən çəyirtkə qırmışam.
Məni dəli hesab eləyib qovladılar küçəyə. Sonra öz-özümə deyirdim ki, ay balam, kim bilir, bəlkə elə doğrudan bunlar çəyirtkəni doğrudan da qırıblar (amma bilirdim ki, qırmayıblar ha!).
Bəli, bu da belə keçdi – mən də getdim işimə. Aha, bir gün “Baki[nski] raboçi” qəzetini açdım gördüm ki, yazılıb: “camaatın hər nə qədər ki, əkinləri var idi, yüzdə altmış hissəsini çəyirtkə yeyib puça çıxardıb”. Bunu oxuyandan sonra yenə dedim bəlkə yalan yazır; çünki o qədər milyardlar ki, xərc qoyulub, ola bilməz ki, çəyirtkə cürət eləyə, bir də əkinləri yeyə.
Yenə bu söhbəti yadımdan çıxartdım. Amma indi işin həqiqəti yavaş–yavaş çıxır üzə. İndi də Mirzəbekyans gedib mahalları gəzəndən sonra haman “Baki[nski] raboçi”nin 238-ci nömrəsində belə yazır: “Kəndlilər yalvarırlar ki, Allah xatirinə o çəyirtkə məmurlarına zəhmət verib bura göndərməyin; biz özümüz onlarsız çəyirtkənin öhdəsindən gələrik”.
İndi işlər lap dolaşıb bir–birinə. Bir tərəfdən hökumət çəyirtkə işinə hədsiz pullar buraxıb, indi, bəs, bu pullar necə olsun? Puldan da, vallah, keçmək olmaz. Bu çəyirtkə pulları da elə şirin olur ki, keçən il bir neçə xainlər elə yekə dürmək tutdular ki, pullar qaldı boğazlarında. Onları lazım gəldi göndərmək Bakı həbsxanasının müalicəxanasına. Elə indi bu saat ağalar orada gündə konyak içirlər (And olsun Allaha yalan demirəm).
Bəli, bir tərəfdən bu zəhrimar pullar, bir tərəfdən də yenə dişləri şirəyə batan “köhnə çəyirtkəçi” haman qəzetin 248–ci nömrəsində yazır ki, bəli, maşallah çəyirtkə işlərini yenə tapşırdılar torpaq komissarlığının qanı soyuq heyətinə. İnşallah, Allah bədnəzərdən saxlasa, çəyirtkəni həqiqət birdən qırıb qurtararlar. Əgər qırmasalar da, heç eybi yoxdu; axırda lap təngə gəlib yenə işləri pırtdaşdırandan sonra deyəcəklər:
– Bizim onsuz da rəiyyət yolunda o qədər zəhmətimiz var ki, işləməkdən təngə-zara gəlmişik. Çəyirtgəni verək başqa idarəyə. Doğrudan da yazıq çəyirtgənin halına.
Dəli
“Molla Nəsrəddin”, 9 noyabr 1922, №2
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qani-istiler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Burada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır.Gələk mətləbə.
Osmanlı ilə İtaliya davasıOxucularımıza ərz olsun ki, Afrika qitəsinin şimal tərəfində, Ağ dənizə yapışıqı Osmanlının bir vilayəti var ki, ona avropalılar “Tripolis” deyirlər. Amma türklər “Trablisi-qərb” adlandırırlar (Türkiyədə, Beyrut vilayətində Osmanlının “Trablisi-Şam” adında bir şəhəri də var).Trablisi-qərbin əhvali-tarixiyyəsi çox qarışıqdır, burada çoxlu davalar, iğtişaşlar üz verib; əgər hamısını yazsaq, idarəmizə göndərilən uzun məqalələrə yer olmaz. Ancaq müxtəsərcə bunu ərz edək ki, Trablisi-qərb tarixi-miladiyyənin 1835-ci ilində ikinci dəfə Türkiyə hökuməti tərəfindən fəth olunub, Osmanlı məmləkətlərinə daxil olubdur. Və bu 75 ilin müddətində, Sultan Həmid əsrində çapdan çıxan kitabların rəvayətinə görə, bu vilayətin asayiş və hüsni-idarəsi mühafizə olunubdur. Amma Allahın kitabına baxanda Trablisi-qərbin osmanlılara xidməti məhz bu olubdur ki, Həmidin və paşaların hərəmxanalarına bu vilayətlərdən çoxluca qullar göndərilibdir.
Zorrama qiraətxanaQiraətxanalar iki cürdür: bir cürü elə qiraətxanadır ki, çox yerlərdə açılır ki, camaat gəlib burada qəzet oxusun, bu qisim qiraətxanaya məhz qiraətxana deyilir.Amma bir cür qiraətxanalar da var ki, adına zorrama qiraətxana deyirlər.
Tap görümOxucularımıza məlumdur ki, indi osmanlılar və italyanlar dava edirlər və bu da məlumdur ki, italyanlar osmanlılara güc gəlirlər. Axırıncı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur.İdarəmizə axır vaxtda kağızlar gəlir və kağız sahibləri bizdən soruşurlar ki, nə səbəbə osmanlıların başına belə iş gəldi və nə səbəbə osmanlılar italyanlara basılırlar.
Başqa şairlərin şeirləri · Satira
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Qonşularımdan biriGirdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.
Gəldi yenə Rəhim xan İranə, barəkallah!Goldi yene Rəhim xan İranə, barəkallah!Çıxdı əceb igidtək meydanə, barəkallah!
QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!