Kabla Həsən
Naxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub.
Biçarənin övrət-uşağı başladı ağlaşmağa.
Polis qulluqçuları düşdülər təşvişə. Haman gün axşama kimi bir xəbər çıxmadı.
Gecə səhərə kimi də Kabla Həsən tapılmadı.
Bəli, Allah rəhmət eləsin! Hamı yəqin elədi ki, binəva Kərbəlayi Həsəni düşmənləri görəsən hansı dərədə aparıb başını kəsiblər.
Allah rəhmət eləsin.
Sabahısı günü mərhumun qohum-qardaşını polisə çağırıb apardılar ki, Kabla Həsənin dükanının qıfılını sındırıb dükanı açsınlar və dükanın malını siyahı eləsinlər ki, bilinsin vərəsəyə nə çatacaq.
Dükanı açıb görürlər ki, Kabla Həsən iki kəndli ilə oturub dükanın içində və özü də sağ və səlamətdir.
Axır məlum oldu ki, Kabla Həsən cümə günü gəlib dükana və istəyib xəlvətcə alış-veriş eləsin və iki kəndli müştəri tapan kimi bunları yavaşca itələyib dükanın içinə və özü də bunların dalınca girəndə dükanın qıfılını verib qonşusu Kərbəlayi Rzaya və təvəqqe eliyib ki, Kərbəlayı Rza dükanı qıfıllasın və Kabla Həsən çağıranda açsın.
Kərbəlayı Rzanın da yadından çıxıb açarı cibində qoyub gedib evinə.
Kabla Həsən də müştərilərlə qalıblar dükanın içində və utandıqlarından bir səs çıxarmıyıblar.
Xülasə, hamı elə bildi ki, Kabla Həsəni öldürüblər, amma kişinin əcəli tamam deyilmiş.
Hələ bununla bir para axmaqlar var ki, əcələ inanmırlar.
Lağlağı
“Molla Nəsrəddin”, 7 iyul 1908, №27
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kabla-hesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir). Yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər, azı, 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm. Çünki təzə dərs ili başladığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir).Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq, sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı, bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada da, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik.
Həmidə! (28 noyabr 1923)Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.
Əzizim Həmidə! (18 dekabr 1923)Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.
“Kommunist” qəzetəsi idarəsinəRəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.“Molla Nəsrəddin” məcmuəsi müdiri:
Başqa şairlərin şeirləri · Satira
Saqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
QorxaqƏhvalımı pozmayındamağım çağ olanda,
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.