Vodka
Məlumdur ki, İranda bir şəxs istəyəndə ki, onun şəhərdə söhbəti olunsun, şərab içib keyflənib küçəyə çıxır və başlayır özünü o divara, bu divara vurmağa; və çün İranda küçədə keyflənmiş müsəlman bir qəribə şeydir, ona görə şəhərdə hamı onun söhbətini eliyir.
Batumda sakin olan müsəlmanlar istəyirlər burada da İran qaydası ilə özlərini məşhur etsinlər, dəxi mülahizə eləmirlər ki, Rusiya küçələrində piyan heç kəsə təəccüb gəlməz. Neçə gün bundan əqdəm burada iranlıların əncüməni-xeyriyyəsinin mənfəətinə sirk oyunu çıxardırdılar. Biletlərin satılmağını əncümən əzası öz öhdəsinə götürmüşdülər. Biletləri çox əziyyət ilə, yalvarmaq ilə iranlılara satdılar. Bilet alanların bəzisi elə ağlıyırdı ki, adamın yazığı gəlirdi. Amma axşam oyun vaxtı övza bilmərrə dəyişilmişdi. Oyunun aralığında müsəlmanlar arağın üstünə belə tökülürdülər, guya Qarabağ əkinlərinin üstə çəyirtgə tökülür.Gündüz ağlıyıb “vallah, bir manatdan artıq pulum yoxdur” – deyən müsəlmanlar pulları ciblərindən qat-qat çıxardıb vodkasatana verirdilər.
Tamaşaçıların çoxusunu faytona qoyub evlərinə apardılar, çünki özləri istəyirdilər evlərinə dördayaqlı getsinlər. Amma polisə qəbul etmədi. Xülasə, axırda bu oyundan əncümən yetmiş bir qəpikdən doxsan üç manat əskik pul qazandı, amma bilet beş yüz manatdan artıq mənfəət elədi.
Həmşəri
“Molla Nəsrəddin”, 7 iyul 1908, №27
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-vodka
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.
Ruhanilər yığıncağıİndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.
İdarədənMöhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?
QeyrətMöhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).
Başqa şairlərin şeirləri · Satira
Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
Divanbəyiləri həcvSəndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Dilənçi deyir ki ("Əl açıb sail olmağın xoşdur")Əl açıb sail olmağın xoşdur,Gərçi bir həbbə sim isə diləyin;